Bu günlərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsi tərəfindən maraqlı layihə öz işinə başlayıb. Sözügedən universitetin
filologiya fakültəsinin dekanı, dosent Sevinc Həmzəyevanın və həmin fakültənin
pedaqogika və psixologiya kafedrasının dosenti Kamalə Salamovanın təşəbbüsü, universitet rəhbərliyinin dəstəyi ilə
“Mənəvi dəstək və psixoloji yardım”, “Yeniyetmələrdə deviant davranışların formalaşmasında müəllimin və ailənin rolu” layihəsi çərçivəsində bir sıra işlər görülüb. Hər iki layihə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş və Sumqayıt şəhərini əhatə edir. Birinci layihə çərçivəsində layihə rəhbərləri və universitetin filologiya fakültəsinin psixoloq ixtisasında təhsil alan tələbələr Sumqayıt şəhəri üzrə xəstəxanalarda olmuş, xəstələrlə ünsiyyət qurmuş və onların psixoloji durumları ilə maraqlanıblar. Layihənin təşkilində məqsəd xəstəxana şəraitində müalicə alan xəstələrin davranışlarında baş verən mənfi dəyişiklikləri aradan qaldırmaq, onların həyatlarının daha maraqlı etmək üçün aparılan fərdi terapiya və ya qrup terapiyaları vasitəsilə duyğu yüklərinin xəfifləməsinə yardım etməkdir. Bu onların gündəlik həyatına və müalicəyə uyğunlaşmasına, xəstəxana şəraitində yeni yaşamı tərzinə adaptasiya olması və bununla insanların xəstəliyi ilə birgə yaşamağı öyrənməsinə yardım edir. Xəstələrə olan dəstəyin davamlı olmasına diqqət yetiməyin vacibliyi əsas götürülərək layihə iştirakçıları, yalnız qalmaqla özünə qapanmış xəstələrə xəstəliklərini hiss etdirməməyə çalışıblar. Çünki xəstə olduğunu hiss etdirmək zaman keçdikcə onları maddi aləmdən uzaqlaşdıra bilər və onlarda həyata olan marağı soyuda bilər. Tələbələr bu xüsusda lazım olan “məşğuliyyət terapiyası”nın faydalarından geniş biliklərlə xəstələri məlumatlandırmağa çalışdılar. Layihə iştirakçıları fiziki xəstəliyi olan bu cür insanların psixoloji sarsıntılarını aradan qaldırmaqda, onlarda özgüvəni bərpa etməkdə məqsədləri onları cəmiyyətin tərkibinə qaytarmaqdır. Layihə rəhbəri Kamalə xanım bu amili belə izah edir-“Xəstələrlə mənəvi söhbətlərin aparılması psixo-sosial yardıma böyük dəstəkdir. Dini inancları olan, Allaha inanan insanlar inanclarına söykənərək başına gələnləri üsyankarlıqla deyil, səbrlə qarşılamağa çalışır. Nə də olmasa hər bir insanın həyatında belə halların yaşanacağına. Bunun bir imtahan olduğuna inanırlar. Hamı bu cür düşünmür. Bəzi xəstələr bunu üsyankarlıqla qarşılayır və yaşadığı ağrılar və psixoloji travmalar səbəbilə ailəsinəvə yaxınlarına əziyyət verə bilirlər. Lakin bu cür xəstələrin yaxınlarının onlara qarşı nəzakəti bir növ dəstəkdir. Xəstə özü də əlbəttə bunu anlayır”.
Əlbəttə xəstələrlə görüşdə layihə rəhbəri bir sıra öhdəlikləri yerinə yetirməlidir. Ən əsas öhdəlik xəstələrlə görüşləri təşkil etmək, görüşün gedişatına nəzarət etmək, praktikasız tələbələrə pasiyentlərlə danışıq, davranış normalarını xatırlatmaq, onları fərdi funksiyaları ilə tanış etmək və sairdən ibarətdir.
Layihənin icrası səkkiz az müddətində planlaşdırılıb. İcra və nəticələr haqqında geniş ictimaiyyətdə rəy formalaşdırmaq, müxtəlif mətbu orqanlarda-qəzet, jurnal və xəbər saytlarında məlumat yerləşdirilməlidir. Layihənin sonunda hesabat xarakterli mətbuat konfransı vasitəsilə əldə olunan nailiyyətlər barədə məlumat verməklə ictimaiyyət də xəbərdar layihənin yekunlarından xəbərdar olacaqdır.
İkinci layihə isə “Yeniyetmələrdə deviant davranışların formalaşmasında müəllimin və ailənin rolu” adlanır. Layihə rəhbəri
Kamalə Salamova layihə haqda məlumat verərkən xatırlatdı ki, -“Müasir elm-pedaqoji ədəbiyyatlarda uşaq və yeniyetmələrin rəftar və davranışlarında müşahidə olunan normadankənar,qüsurlu davranışın bütün təzahürləri “deviant davranış” adlanır. Deviant davranış dedikdə insanın əməl və hərəkətlərinin onun yaşadığı cəmiyyətdə faktiki olaraq bərqərar olmuş norma və standartlara uyğunsuzluğu nəzərdə tutulur”.
Layihə çərçivəsində hər bir xəstəxananın palatalarında və ya kiçik zallarında xəstələrlə görüşlər keçirilir. Əlli dəqiqə ərzində iştirakçılara travma, travma nədir, travmadan sonra stres, depresiya, travma sonrası stresdən və depresiyadan çıxış yolları barədə məlumatlar verilib. Bütün bu prosedurlar layihəyə cəlb edilən psixoloqların iştirakı ilə həyata keçirilib.
Bütün bu layihələrdə ən əsas məqsəd əlbəttə Azərbaycan adlı cəmiyyətin bütün yaş strukturlarında- cəmiyyətə sağlam təfəkkürlü gənclərin, o cümlədən mənəvi və psixoloji travma almış insanların cəmiyyətdə yenidən bərpasına çalışmaqdır.
Biz də turan.info.az saytının əməkdaşları adından layihənin təşəbbüskarlarına, təşkilatlarına, iştirakçıılarına minnətdarlığımızı bildirir, layihələrin işinə uğurlar arzulayırıq!
Vüsal ŞABİZADƏ,
ZİM.AZ saytının xüsusi müxbiri.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.