"Təfəkkür”ün tələbələri başqa universitetlərə köçürüləcək – Nazirlikdən AÇIQLAMA

"Təfəkkür”ün  tələbələri başqa universitetlərə köçürüləcək – Nazirlikdən AÇIQLAMA Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.
Bu barədə Təhsil Nazirliyi rəsmi açıqlama yayıb.


“Təfəkkür” Universiteti isə Təhsil Nazirliyi tərəfindən fəaliyyətinin dayandırılmasını inkar edib.

turan.info.az xəbər verir ki,
Universitetin mətbuat
xidmətinin rəhbəri
Asif Quliyev
Modern.az-a açıqlamasında belə bir xəbərin doğru olmadığını deyib:

- “Təfəkkür” Universitetinin fəaliyyəti dayandırılmayıb.
Bizə bu barədə heç bir bildiriş gəlməyib. Məlumat yanlışdır.
Universitetin rektor əvəzini icra edən Rahim Hüseynov hal-hazırda yas yerindədir.
Belə bir məlumatdan da xəbəri yoxdur.”


Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə Modern.az-a açıqlamasında universitet rəhbərliyinin inkar xəbərinə belə aydınlıq gətirib.
“Ötən ilin oktyabr ayından etibarən “Təfəkkür” Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib.

Universitetin fəaliyyətini biz dayandırmamışıq. Onların öz Təsisçilər Şurası dayandırıb.


Rəsmi məlumatda bu, açıq şəkildə qeyd olunur.
Təhsil Nazirliyi müraciəti, universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

Təhsil Nazirliyinin mövqeyi və məqsədi budur ki, orada təhsil alan tələbələrin hüquqları qorunsun və mənafeyi təmin olunsun.

Universitet tələbələrinin təhsillərinin davam etdirilməsi üçün, tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq.
Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək”.


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Qafqaz Universitetinin fəaliyyəti dayandırılıb və Bakı Ali Neft Məktəbinin  ...

Qafqaz Universitetinin fəaliyyəti dayandırılıb və Bakı Ali Neft Məktəbinin ...

Nazirlik, Digər ali məktəblər, Turan
Qafqaz Universitetinin tələbələri təhsillərini Bakı Mühəndislik Universitet ...

Qafqaz Universitetinin tələbələri təhsillərini Bakı Mühəndislik Universitet ...

Nazirlik, BMU
11 illik məktəblərin ləğv olunması xəbəri ilə bağlı NAZİRLİKdən açıqlama

11 illik məktəblərin ləğv olunması xəbəri ilə bağlı NAZİRLİKdən açıqlama

Təhsil, Nazirlik
Qafqaz Universitetinin rektorundan ANONS: Yeniliklər olacaq

Qafqaz Universitetinin rektorundan ANONS: Yeniliklər olacaq

BMU
Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib

Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib

Digər ali məktəblər
Ödənişli ixtisaslarda oxuyan tələbələr nə vaxt TƏQAÜD ALACAQLAR?

Ödənişli ixtisaslarda oxuyan tələbələr nə vaxt TƏQAÜD ALACAQLAR?

"Elm və Təhsil", Hüquq
AzTU adı Azərbaycan Texniki Universitetinin brendi kimi təsdiqləndi

AzTU adı Azərbaycan Texniki Universitetinin brendi kimi təsdiqləndi

AzTU
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AQRAR UNİVERSİTETİN  TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI MÜ ...

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AQRAR UNİVERSİTETİN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI MÜ ...

Gəncə, Digər ali məktəblər
ADNSU rektoru Çinin Neft Universitetinin nümayəndə heyəti ilə görüşüb

ADNSU rektoru Çinin Neft Universitetinin nümayəndə heyəti ilə görüşüb

ADNSU
Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Nazirlik, BMU
AzTU-nun rektoru

AzTU-nun rektoru "Xüsusi texnika və texnologiya" fakültəsinin III-IV kurs ...

AzTU
UTECA Cənubi Koreya ilə əməkdaşlığı genişləndirir

UTECA Cənubi Koreya ilə əməkdaşlığı genişləndirir

Gəncə, Digər ali məktəblər
AzTU-nun Elmi Şurasının növbəti iclası keçirilib

AzTU-nun Elmi Şurasının növbəti iclası keçirilib

AzTU
AzTU-nun rektoru qalib tələbələrlə görüşüb

AzTU-nun rektoru qalib tələbələrlə görüşüb

AzTU
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Nazirlik
Təhsil naziri rektorlarla videokonfrans keçirib

Təhsil naziri rektorlarla videokonfrans keçirib

Əsas xəbər, Nazirlik, AzTU
“Azəryolservis”dən ixtisarlarla bağlı AÇIQLAMA

“Azəryolservis”dən ixtisarlarla bağlı AÇIQLAMA

Sosial
AzMİU-da mediatur təşkil olunub

AzMİU-da mediatur təşkil olunub

Digər ali məktəblər
AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU
Azərbaycan Universitetinə yeni rektor təyin edilib

Azərbaycan Universitetinə yeni rektor təyin edilib

Digər ali məktəblər
Rəy yazın: