aprelin 7-də
Bakı şəhəri
Binəqədi Rayon
İcra Hakimiyyətinin
və Binəqədi Rayon
Polis İdarəsinin
birgə təşkilatçılığı ilə
144 saylı tam
orta məktəbdə
"Narkomaniyaya
yox deyək!”
mövzusunda
növbəti maarifləndirici
tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva və 144 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
144 nömrəli tam
orta məktəbin
direktoru
İlahə Həmidova
qonaqları salamlayaraq
cəmiyyəti narahat edən
narkomaniya ilə
mübarizə mövzusunda
maarifləndirici tədbirin
təşkilatçılığı üçün
dövlət qurumlarına
öz təşəkkürünü
bildirdi.
Tədbirdə çıxış edən
Binəqədi Rayon
Polis İdarəsinin rəisi,
polis polkovniki
İlqar Məmmədov
gənc nəslin savadlı,
vətənpərvər
ruhda boyüməsi,
sağlam inkişaf etməsi,
zərərli vərdişlərdən
uzaq olmaları ilə bağlı
zəruri tövsiyələr verərək
narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı
rayon ərazisində
aparılan mübarizəyə
diqqət çəkdi.
Polis polkovniki
İlqar Məmmədov
çıxışında qeyd etdi ki,
rayon polisi
narkotik vasitələrin alveri ilə
məğul olanların
tutularaq məsuliyyətə
cəlb edilməsi istiqamətində
geniş əməliyyat tədbiləri
həyata keçirir.
Tədbirdə çıxış edən
Binəqədi Rayon İcra Hakimiyyəti
başçısının müavini
Sevinc Süleymanova bildirdi ki:
“Narkomaniya müasir dövrdə
bütün bəşəriyyəti narahat edən
ən ciddi sosial bəlalardan biridir.
Əsrimizin bəlasına çevrilən
ağ ölüm adlandırılan
narkomaniya ilə mübarizə
dövlətimizin və cəmiyyətimizin
qarşısında duran
əsas vəzifələrdəndir.
Gənclərin iştirakı ilə keçrilən
maarifləndirici görüşlərin
başlıca məqsədi gəncləri
bu bəladan uzaq tutmaqdır.
Odur ki, insanların sağlamlığını
və həyatını ciddi təhlükə altına alan,
əxlaqı və mənəvi dəyərləri sarsıdan,
bir sözlə, həyatı iflic edən
narkomanlığa münasibətdə
hər birimiz barışmaz mövqe tutmalı
və ümumbəşəri bəlaya qarşı
qətiyyətli mübarizə aparmalıyıq”
Daha sonra çıxış edən
Binəqədi Rayon
Polis İdarəsinin
Yetkinlik Yaşına
Çatmayan-ların
İşləri üzrə inspektoru,
polis leytenantı
Lalə Əliyeva
məktəblilərə gənclərin
narkomanlıq və digər
zərərli vərdişlərdən
qorunması üçün
dövlət səviyyəsində
görülən işlər barədə
ətraflı məlumat verdi.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.