sadəcə Bayraq deyil.
O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir!
Heydər Əliyev.
2019-cu il noyabrın 7-də Bakı şəhərinin Pirallahı rayonundakı 168 nömrəli tam orta məktəbdə Dövlət Bayrağı Günü münasibətilə böyük tədbir keçirilib.
...Məktəbin həyətində əsl bayram əhval-ruhiyyəsi yaşanır, müəllim, şagird və valideynlərin əllərində Üçrəngli Bayrağımız dalğalanırdı...
Pirallahı rayonu icra hakimiyyətinin nümayəndələri Azad Namazov, Rauf Əliyev, Rayon Gənclər Təşkilatının sədri Rüfət Əhmədov və "Qızıl Aypara" Cəmiyyətinin rayon təşkilatının sədri Təranə İsgəndərovanın və eləcə də, bütün müəllim, şagird kollektivindən ibarət olan bu tədbir daha sonra məktəbin akt zalında davam etdirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və Ulu Öndərimiz Heydər Əliyevin söylədiyi “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” sözləri səsləndirilib. 3-a sinfinin şagirdlər isə hərbi geyimdə səhnənin qarşısında 3 sıra dayanaraq “Bayraq” mahnısını oxuyaraq rəqs ediblər.
Dövlət Bayrağımız təntənəli surətdə “Azadlıq Marşı”nın sədaları altında zala gətirilib.
Tədbiri giriş sözü ilə
məktəbin direktoru
Mehparə Mansırova açıb və bütün tədbir iştirakçılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Və o, Üçrəngli Bayrağımız Azərbaycanın Müstəqillik tarixinin ən şanlı səhifəsidir, Bayraq bizim mənliyimiz, kimliyimiz, yurdumuza hakimliyimiz, qürur mənbəyimiz və mübarizlik simvolumuzdur kimi dəyərli sözlər söyləyib.
Mehbarə Mansırova böyük qürur hissilə "Bayrağımız yeganə dəyərdir ki, Azərbaycan Prezidenti onun qarşısında diz çökür, and içir!" ifadəsini də işlədib.
Təbrikə rayon icra hakimiyyətinin nümayəndələri və rayon Gənclər Təşkilatının sədri də qoşulub. Onlar Üçrəngli Bayrağımızın ilk dəfə göylərə qaldırılmasından düz 101 il keçdiyindən söz açıblar. Hər bir məktəbli, hər bir Azərbaycan vətəndaşı gərək Bayrağa hörmətlə, itaətlə yanaşsın, Bayrağa məhəbbət, Vətənə, Xalqa, Torpağa məhəbbət bəsləməkdir ifadələrini də məktəblilərin diqqətinə çatdırıblar.
Sonra Ulu Öndərimizin öz səsi ilə “Azərbaycan” şeirinin səslənməsi, daha sonra “Bayraq” meydanının yaranması və qurulması ilə bağlı film nümayiş olunub.
Qeyd etməliyik ki, Dövlət Bayrağı Gününə həsr olunmuş bu tədbirin keçirilməsində məktəbin rəhbərliyi ilə birgə ibtidai sinif müəllimlərindən Sevinc Hüseynovanın zəhməti böyük olunmuşdur. Onun dərs dediyi 3-a sinfinin 22 şagirdinin hamısı – Nazlı, Nihat, Zəhra, Rafael, Əli, Mədinə, Məsmə, Aliyə, Rəhim, Cahan, Əsnad, Təbriz, Zərminə, Fidan, Nigar, Sevinc, Nəzrin, Aysel, Tuncay, Elcan, Zakir Səfərov və Zakir Salayev tədbir boyu Üçrəngli Bayrağımızın rənglərinin, dövlət atributlarımızın mənasını, məzmununu izah etdilər, Azərbaycan mənim eşqim, mənim andım, mənim anam, biz ikimiz bir torpağıq, mən də sənin bir parçanam sözlərini və digər şeir parçalarını sevə-sevə söylədilər.
Qeyd edək ki, azyaşlılar eyni vaxtda böyük ruh coşqunluğu ilə Vətəndən, Topaqdan, vətənpərvərlikdən bəhs edən təsirli şeirlər dedilər. Eyni zamanda biz müharibə istəmirik, sülh istəyirik mövzusunda maraqlı səhnəciklər göstərdilər. Onlar Milli və hərbi geyimlərdə xalqımızı daim vətənpərvərliyə, mübarizliyə, dönməzliyə, qələbəyə səsləyən “Cəngi” rəqsini yaşlarına uyğun fəallıqla ifa etdilər. Daha sonra məktəblilər sülh göyərçinləri kimi böyük həvəslə “Sülh” və “İgid Əsgər” nəğmələrini oxudular. Gördüyümüz kimi bu kiçik fidanlar tədbirdəki gözəl çıxışları, müstəqillik, vətənpərvərlik, qələbə müjdəli ifaları, rəqsləri ilə yalnız Vətənə, Torpağa bəslədikləri hisslərini və sevgilərini ifadə edirdilər.
Tədbirin sonunda yenə Bayrağımız dalğalandı, müəllim və şagirdlər səhnəyə qalxdılar hərbi geyimdə böyük sevgi ilə Z.Xanbabayevanın Azərbaycan mahnısını ifa etdilər.
Sanki onlar Azərbaycanlı olduqlarına görə fəxr edirdilər. Bayrağımız həmişə ucalarda, qəlbimizdə, ürəyimizdə və mənəvi varlığımızdadır deyirdilər. Və Tanrıdan bizim Dövlət Bayrağımızın tezliklə Qarabağ topağında dalğalanmasını diləyirdilər.
Şübhəsiz ki, bu cür tədbirlərin keçirilməsi Bayrağımızı təbliğ etməkdir, yetişən nəslə Vətənimizi, Torpağımızı, Xalqımızı, dilimizi, dinimizi daha çox sevdirməkdir. Arzumuz budur ki, xalqımızın sayı qədər də dünyanın hər yerində Bayrağımız dalğalansın.
Xanım Bilalqızı
turan.info.az
.