cəmiyyət üçün doğurdan da çox qiymətlidir.”
Heydər Əliyev.
Rəyasət müəllim Şirvan şəhərinin qabaqcıl fizika müəllimlərindən biridir. O, Şirvan şəhər Təhsil Şöbəsi üzrə metodbirləşmə rəhbəri və olimpiada komitəsinin sədridir.
Ömür yolundan sətirlər:
1956-cı il aprel ayının 2-də Sabirabad rayonunun Şıxsalahlı kəndində anadan olub. Şıxsalahlı kənd orta məktəbini bitirdikdən sonra indiki Azərbaycan Dövlət Pedaqoji universitetinin fizika fakültəsinə qəbul olmuş və 1978-ci ildə ali təhsilini uğurla başa vurmuşdur.Həmin ildən də o, Sabirabad rayon Axtacı kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Sonralar ailə həyatı ilə əlaqədər olaraq Şirvan şəhərinə köçmüş və taleyini indiki Şirvan şəhər M.Osmanov adına 20-nömrəli tam orta məktəbə bağlamışdır. Artıq həmin vaxtdan 30-ildən artıq vaxt keçmiş, ötən bu müddət ərzində o, zəngin pedaqoji təcrübə toplamış və hazırda gənc müəllimlər onun bu təcrübəsindən bəhrələnirlər.
Mən onu çoxdan tanıyıram. Sabirabad rayonu Axtacı kənd orta məktəbdə işləyərkən iş güzarlığı, ictimaiyyətciliyi, daima pedaqoji yeniliklər axtarışda olması haqqında məlumatlar alırdı. Onu da bilirdim ki, iki dəfə dərs zamanı çəkilmiş şəkili "Azərbaycan müəllimi" qəzetində dərc olunmuşdur.
Rəyasət müəllim 20-nömrəli tam orta məktəbdə məktəb rəhbərliyinin yaxından köməyi ilə zəngin fizika kabineti yaratmışdır. Şagirdlər dərs zamanı bu kabinetin imkanlarından bəhrələnirlər.Şagirdləri ali məktəblərə qəbul zamanı fizika fənnindən uğurlu nəticələr gösdərir,şəhər üzrə keçirilən bilik yarışlarında fəal iştirak edirlər. Məktəbin 11-ci sinif şagirdi Elburus Hüseyinli iki il bundan əvvəl Şirvan şəhəri üzrə keçirilən “Xüsusi bacarığı olan uşaqlar” sərgisinə düzəltdiyi robot kıranı,toz sovuran və nasos əl işlərini sərgiyə təqdim etmiş və onun əl işləri bəyənilmiş və Sevinc Əliyevanın müəllifi olduğu “Öndə gedənlər” kitabına Elburusun bu uğuru barədə yazı daxil edilmişdir.
Rayasət müəllimin dərs dediyi keçmiş şagirdləri arasında müxtəlif peşə və sənət sahibləri vardır.Pedaqoji sahəni seçənlərdə az deyil. Rasət müəllim mənimlə söhbət zamanı fizika müəllim ixtisasını seçmiş qızı Fatimə İbrahimovanın,Jalə Ağamalıyevanın,Gülnar Quliyevanın,Sevinc Nəsirovanın,Samirə Abbasovanın,İlham İsmayılovun adlarını çəkdi və söylədi ki, həmin müəllimlər hazırda Şirvan şəhərinin təhsil ocaqlarında çalışırlar.R.İbrahimov 1987-ci ildə “Baş müəllim” 1994-cü ildə isə “Ali kateqoriyalı” müəllim adına layiq görülmüşdür. R.İbrahimovun səmərəli pedaqoji fəaliyyəti dəfələrlə işlədiyi məktəbin rəhbərliyi tərəfindən təşəkkür və fəxri fərmanlarla qiymətləndirilmişdir. Haqqında dövrü mətbuatda məqalələr çap olunmuşdur. Şirvanda çıxan “İşığ” qəzetinin 29 oktyabr 2016-cı il tarixli nömrəsin də “Bu günün müəllimi necə olmalıdır” mövzusunda məqaləsi çap olunmuşdur.
Rəyasət müəllim dəfələrlə müxtəlif kurslarda və seminarda olmuş, sertifikartlar və fəxri fərmanlar almışdır. Rəyasət müəllim həmdə nümunəvi ailə başçısıdır. O, ömür gün yoldaşı Şirvan şəhəri M.Osmanov adına 20 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən Fəridə Əliyeva ilə cəmiyyətimiz üçün üç layiqli övlad böyüdüb tərbiyə etmişdir. Oğlu Vüqar Bakı Dövlət Universtetinin “Faydalı qazıntı yataqları və Geoloji kəşfiyyat” fakültəsini, qızı Fatimə indiki Azərbaycan Dövlət Pedaqoji Universtetinin fizika fakültəsini bitirmişdir. Ailənin son beşiyi Sənan isə Azərbaycan Dövlət İqtisadiyyat Universtetinin “Beynəlxalq münasibətlər” fakültəsində ali təhsil almışdır.
Qarşıdan müəllimlərin peşə bayramı gəlir bu münasibətlə Rəyasət müəllimi ömür gün yoldaşı Fəridə müəlliməni, qızı Fatimə müəlliməni və bütün müəllimləri səmimi qəlbdən təbrik edirik.
Alik Rzayev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laureatı
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.