Dekabr ayında Bakının Pirallahı rayonundakı qabaqcıl təhsil müəssisələrindən olan
231 №-li orta məktəbdə
ulu öndərimiz, dahi
şəxsiyyət Heydər Əliyevin
anım gününə həsr olunmuş
bir sıra silsilə tədbirlər
keçirilmişdir.
Məktəbdən turan.info.az-a bildirmişlər ki, həmin tədbirlərdən biri də
məktəbin Azərbaycan dili
və ədəbiyyatı müəllimi
Vəsxanım Əsədovanın təşəbbüsü ilə V sinif şagirdləri arasında keçirilən “Əbədiyaşar liderimiz” adlı şeir müsabiqəsi olmuşdur.
Müsabiqədə şagirdlər dahi liderə həsr olunan şeirlərdən nümunələr söyləyərək, bu böyük şəxsiyyətə
öz sevgi və hörmətlərini nümayiş etdirmişlər.
Çıxışlar başa çatdıqdan sonra söz münsiflər heyətinə verilmişdir.
Münsiflər heyətinin sədri məktəbin direktoru Mehparə Mansırova, münsiflər heyətinin üzvləri -
tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova və ədəbiyyat müəllimi İlhamə Ağayeva çıxış edərək,
balaca qiraətçilərə əbədiyaşar liderimizi hörmətlə andıqlarına görə öz təşəkkürlərini bildirmiş və
müsabiqənin qaliblərini elan etmişlər.
Bu müsabiqədə öz ifası ilə fərqlənən şagirdlər - I yerin qalibi Rübabə Bəşirova,
II yerin qalibi Rəna İbrahimova, III yerin qalibi isə Qara Behbudov olmuşdur.
Müsabiqədə yaxşı çıxış edən digər şagirdlərə isə həvəsləndirici diplomlar verilmişdir.
Qalibləri biz də ürəkdən təbrik edir və onlara gələcəkdə yeni-yeni uğurlar arzulayırıq!..
Sona ABBASƏLİ QIZI,
turan.info.az
.