Tədbirdə şagirdlər Vətənə, bayrağa, torpağa həsr olunmuş şeir və mahnılar səsləndiriblər.
XIX əsrin görkəmli tarixçisi Mirzə Adıgözəl bəyin “Qarabağnamə” adlı tarixi əsərindən bir parçanın şagirdlərin ifasında səhnələşdirilməsi tədbir iştirakçılarının
daha da marağına səbəb olub.
1736-cı ildən 1828-ci ilədək Qarabağın siyasi olaylarından bəhs edən "Qarabağnamə" əsərinin mahiyyətini dərk edərək Azərbaycan tarixinə səyahət
edən şagirdlər rollara girərək Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda gedən mübarizəni daha qabarıq olaraq iştirakçılara çatdıra bildilər. Balaca aktyorlar səhnədə alqışlarla qarşılandılar.
Tədbirdə iştirak edən rəsmi qonqalar şagirdlərin çıxışlarından zövq aldıqlarını bildirərək qeyd etdilər ki, belə istedadlı şagirdləri olan məktəb gələcəkdə bu
şagirdləri ilə fəxr edəcək.
Sonda məktəbin direktoru Gülşən Orucova çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi və şagirdlərin çıxışlarındakı təbiiliyin onu duyğulandırdığını
vurğuladı.
Maral Sultanqızı,
AzTU-nun mətbuat xidmətinin əməkdaşı.
.