Bu məqsədlə məktəblərdə silsilə tədbirlər həyata keçirilir.
Bu baxımdan, Bakının qabaqcıl məktəblərindən olan 23 nömrəli məktəbdə də yaradıcılıq gecələrının, konsertlərin, intellektual oyunlarin mütəmadi qeyd olunması məktəbin gözəl ənənlərindən ən başlıcasıdir. Növbəti tədbir yazıçı Solmaz Amanovanın“İlmənin macəraları” başlıqlı nağılının təqdimatı adı altında nümayiş etdirildi. Nağılı 1e sinfinin rəhbəri, quruluşçu-rejissor Azadə Məhərrəmova səhnələşdirmişdir.
Solmaz Amanovanın nağillar kitabı ilə tanışlıq hələ dərs ilinin əvvəlində başlamışdı. Məktəblilər İlmənin macəralarını hər gün izləyir, onu dəstəkləyirdilər. Sonda onların hazırladığı nağıl sözün əsl mənasında peşəkarlıq nümunəsi kimi qiymətləndirildi. 1 e sinfinin şagirdləri nağıl qəhrəmanlarının obrazlarını məharətlə ifa edərək tamaşaçıların böyük rəğbətini qazandılar. Nağılın əsas qəhrəmanı olan İlmənin ağılı, bacarıqı, səyahəti sevməsi, nağıla tamaşa edən hər bir şagirdin ona qarşı rəğbətini, marağını daha da artirdı.
Tamaşada İlmə cəmənlikdə sehirli güllərdən cələng düzəldərək xəstə şahzadəyə bağışladı. Xəstə şahzadə cələngi taxaraq sağaldı.
Sonra səhnəyə Azərbaycan nağılının baş qəhrəmanlarından olan Tiq-Tİq xanım daxıl oldu.
Onun gözəl ifası İlməyə cox xoş gəldi.
İlmə Tiq-Tiq xanımı bayramda oxumağa dəvət etdi.
Sonrakı cıxış isə alabəzək, rəngarəng kərənəklərin oldu.
Qəddar cadugər tərəfindən ovsunlanmış birincilər sonda ovsundan xilas olaraq bayrama qatıldılar.
Nağılın sonu gözəl sonluqla tamamlandı.
Sehirli qüvvələr, uçan xalça, sehirli çıraq, sehirli güzgü nəinki onları, həmçinin valideynləri də öz uşaqlıq illərinə qaytardı.
23 nömrəli məktəbə ”Əsrin bayramı“ adlı tədbirə uzaq-uzaq ellərdən qonaq gəlmiş İlməni məktəblilər böyük sevinçlə qarşıladılar.
Axı məktəblilər İlməni kitablardan tanıyırdılar. Məktəblilər oz nağıl qəhrəmanları haqqında cox oxumuşdular.
İndi isə onlar İlmə ilə canlı səkildə görüşərək ünsiyyət qururdular.
Sehirli qüvvələr, uçan xalça Sehirli çıraq və sehirli güzgü nəinki şagirdləri həmçinin valideynləri də uşaqlıq illərinə qaytardı.
Tədbirdən bir neçə gün keçməsinə baxmayaraq hələ də xoş təəssüratlar içindəyik. Düşünürük ki, 23 nomrəli məktəb oz doğma və mehriban qucağında kim bilir hələ neçə-neçə sənətkarlar - müəllimlər, həkimlər, mühəndislər yetişdirəcək və cəmiyyətə oz töhvəsini verəcəkdir.
.