VI sinif şagirdi LALƏnin şeirləri

VI sinif şagirdi LALƏnin şeirləri GƏNC İSTEDAD

Lalə Afət qızı Nuralıyeva
2004-cü ildə Sumqayıt şəhərində anadan olub.
2010-cu ildə Sumqayıt şəhərindəki 39 saylı
tam orta məktəbin birinci sinfinə gedib.
Elə ilk günlərdən dərsləri ilə həvəslə məşğul olub və çalışqan şagird kimi müəllimlərinin
sevimlisinə çevrilib.
Hazırda Sumqayıt şəhəriindəki 39 saylı
tam orta məktəbin 6-ç sinif şagirdidir.
Boş vaxtlarında bədii mütaliə ilə maraqlanan
Lalə həm də rəngarəng mövzularda şeirlər yazır.
O, vətənpərvərlik, təbiət mövzularına
daha çox müraciət edir.
Onun şagird təfəkkürü ilə yazdığı şeirləri ailəsi,
qohumları, müəllimləri tərəfindən bəyənilir.
Biz də Laləyə dərslərində müvəffəqiyyətlər və
yeni-yeni yaradıcılıq uğurları arzu edirik.



BAHAR BAYRAMI


Ay dolandı, il keçdi.
Nəhayət, gün yetişdi.
Sevinc doldu ürəyə,
Gülüş qondu üzlərə.

Yandırıldı tonqallar,
Düzüldü qız, oğlanlar.
Elimizə gəldi bahar.
Çiçək açdı ağaclar

Şəkərbura, paxlava
Lap bayram axşamında.
Papaq atıb əylənək,
Deyib, gülək, şənlənək.

Xonça bəzər analar,
Şam yandırar uşaqlar.
Bayram axşamlarında,
Biz əylənək, uşaqlar!

Kəndimizin bağları

Çiçək açır həmişə
Lalə, nərgiz, bənövşə.
Ağacları yamyaşıl,
Kəndimizin bağları.

Sərin-sərin bulaqları,
Topa-topa buludları.
Gözəl-gözəl quşları,
Kəndimizin bağları.

Rəngbərəng kəpənəklər.
Uçuşurlar təkbətək.
Pətəkdə arıları,
Kəndimizin bağları.

Müəllimim

Mənim əziz müəllimim


İlk hərfi öyrədənim.
Riyaziyyat, coğrafiya,
“Müəllim anlamadım,
Bir daha anlatsana.”

Tarix boyu öyrətdin,
Yaratdın kəşf elədin.
Bir şagirdi hər zaman,
Böyük alim elədin.

”Bacarmadım, bilmədim”
deyən hər şagirdə sən.
Təkrar həll yollarını,
usanmadın öyrətdin.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: