AzMİU-da beynəlxalq konfrans işinə başlayıb

AzMİU-da beynəlxalq konfrans işinə başlayıb AzMİU-da beynəlxalq konfrans işinə başlayıb AzMİU-da beynəlxalq konfrans işinə başlayıb AzMİU-da beynəlxalq konfrans işinə başlayıb
2018-ci il aprelin 26-da Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə (AzMİU) professor-müəllim heyətinin, doktorantların
və gənc tədqiqatçıların Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
100 illiyinə həsr olunmuş
Beynəlxalq elmi konfrans
keçirilib.


AzMİU-dan turan.info.az-a bildiriblər ki, Kiyev Milli İnşaat və Memarlıq Universiteti, Ufa Dövlət Texniki Universitetinin Memarlıq-İnşaat İnstitutundan və digər universitetlərdən, ölkəmizin aparıcı ali təhsil müəssisələrindən mütəxəssislərin iştirak etdiyi konfransa 100-dən çox
elm adamı qatılıb.

Konfransda eyni zamanda dövlət qurumlarından, AMEA-nın Geologiya və Geofizika İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi,Torpaqşünaslıq
və Aqrokimya İnstitutu, İqtisadiyyat İnstitutundan nümayəndələr iştirak edib.

Tədbir iştirakçıları öncə
ulu öndər Heydər Əliyevin universitetin həyətində ucaldılmış abidəsi önünə gələrək xatirəsini yad edib, büstü qarşısına əklil qoyublar.

Sonra tədbir öz işini universitetin konfrans zalında davam etdirib.

Konfransda çıxış edən
Təhsil Nazirliyinin
nümayəndəsi
Yaşar Ömərov

digər qonaqlar konfrans iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıblar.

Sonra konfansın plenar məruzələri dinlənilib.

AzMİU-da beynəlxalq konfrans işinə başlayıbTəşkilat komitəsinin sədri, AzMİU-nun rektoru, professor
Gülçöhrə Məmmədova
“Azərbaycan Xalq Cümhuriyyəti: Şərqin ilk demokratik Respublikası” adlı məruzəsində 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verdiyini, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu bildirib . Rektor çıxışında qeyd edib ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb. Ölkə başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu və bu təşəbbüsün hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılandığını söyləyib.

AzMİU-da beynəlxalq konfrans işinə başlayıbAMEA-nın “Riyaziyyat və Mexanika” institutunun direktoru, AMEA-nın müxbir üzvü, professor
Misir Mərdanov
“Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində” məruzəsində qeyd edib ki, AXC fəaliyyəti müddətində bir çox sahələrdə mühüm addımlar atıb. Milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulub. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. M.Mərdanov bildirib ki, AXC-nin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri də Hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi təşəbbüsü olub. Azərbaycan Hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanması, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verib. AXC-nin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi olub.

Sonra konfrans işini bölmələrdə davam etdirib.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunacaq konfransda memarlıq, inşaat, su təsərrüfatı və ekologiya, təbiət elmləri, mexanika və informasiya texnologiyaları, iqtisadiyyat, dilçilik və ictimai elm sahələrini əhatə edən mövzularda müzakirələr aparılıb.
Ümumilikdə 8 bölmə iclasında keçirilən konfrans 2 gün davam edib.

Konfransda Azərbaycan, rus və ingilis dillərində 174 məruzə dinlənilib.

Müşfiq BORÇALI,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müas ...

Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
AzMİU-da beynəlxalq konfrans keçirilib

AzMİU-da beynəlxalq konfrans keçirilib

Digər ali məktəblər
Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid ...

Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid ...

Elmi Məqalələr
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq  ...

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq ...

İctimai elmlər, "Zirvə"
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunda Azərbaycan Xalq Cü ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunda Azərbaycan Xalq Cü ...

Biologiya və tibb elmləri
AzMİU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzMİU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

Digər ali məktəblər
AzTU-da “Təhsil-tədqiqat-istehsalat mexanizminin qurulması” mövzusunda Resp ...

AzTU-da “Təhsil-tədqiqat-istehsalat mexanizminin qurulması” mövzusunda Resp ...

AzTU
Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

Məktəblər, Tarix
ATU-da Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlx ...

ATU-da Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlx ...

Gəncə, Nazirlik
AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU
AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Be ...

AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Be ...

AzTU
AzMİU-da Məzun Günü

AzMİU-da Məzun Günü

Digər ali məktəblər
Rusiyalı tələbələr AzMİU-nun Qış məktəbində

Rusiyalı tələbələr AzMİU-nun Qış məktəbində

Digər ali məktəblər
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ TƏHSİL  (Yubiley ərəfəsində)

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ TƏHSİL (Yubiley ərəfəsində)

Məktəblər, Tarix
AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək

AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək

Digər ali məktəblər, Turan
AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib

AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib

AzTU
AzTU-da IV Beynəlxalq elmi konfrans

AzTU-da IV Beynəlxalq elmi konfrans

ADNSU, AzTU
AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti v ...

AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti v ...

AzTU
AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

Elm, "Zirvə", Turan
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Digər bölmələr, Tarix
Rəy yazın: