Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, universitetin əvvəlki rektoru Fərid Əhmədov gələcək karyera və elmi fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Azərbaycan Universitetinin rektoru vəzifəsinə
Səadət Əliyeva təyin edilib və o, artıq kollektivə təqdim olunub.
Səadət Əliyeva uzun illərdər Azərbaycan Universitetində çalışır. Təcrübəli pedaqoqdur.
Qeyd edək ki, ali məktəbdə bakalavriat pilləsində
19 ixtisas, magistraturada 9 ixtisaslaşma,
doktorantura (dissertantura) səviyyəsində
15 ixtisas üzrə 1299 bakalavriat, 63 magistrant,
24 doktorant və 42 dissertant təhsil alır.
Səadət xanımı Azərbaycan Universitetinin rektoru vəzifəsinə təyin olunması münasibətilə
ürəkdən təbrik edir və ona yeni vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..
turan.info.az
.