Görüş İqtisad universetinin tələbəsi Tural Rəhimli və bir qrup tələbə tərifindən təşkil olunmuşdu.
Görüşdə Vüqar Bayramov müasir iqtisadi nəzəriyyələrdən və Azərbaycan iqtisadiyyatından danışıb.
Görüşdə İqtisad universetinin tələbələri ilə yanaşı digər universetlərdən tələbər də iştirak edib.
Vüqar müəllim sonda tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, Vüqar Bayramov 1975-ci il 13 iyulda anadan olub.
ABŞ-ın Vaşinqton universetinin məzunudur.
İqtisad elmləri namizədidir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri kimi o, makro-iqtisadiyyat sahə üzrə bir sıra araşdırmaların, 30-dan artıq elmi məqalənin müəllifidir.
Onun son əsərləri ötən il Yaponiyada (SPF Press Nəşriyyatı tərəfindən), Cənubi Afrikada (Open Society Jurnalinda) və Böyük Britaniyada (Brighton University Press tərəfindən) çap edilib.
Əsərləri 25 xarici dilə tərcümə olunub.
V.Bayramov Dövlət İqtisad Universitetindən başqa dünyanın 40-dan artıq universitetində mühazirə oxuyub. ingilis, rus və fransız dillərini bilir.
Azərbaycandan ilk dəfə Dünyanın Gələcək Liderləri Forumunda iştirak edib.
V.Bayramov həmçinin Dövlət Neft Fondunun Gəlirlərindən İstifadə İstiqamətləri Strateji Sənədin müəllifidir.
Seymur TEYMURLU,
BDU-nun I kurs tələbəsi.
.