"Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə" mövuzusunda III Beynəlxalq elmi konfrans keçirilib

"Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə" mövuzusunda III Beynəlxalq elmi konfrans keçirilib "Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə" mövuzusunda III Beynəlxalq elmi konfrans keçirilib "Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə" mövuzusunda III Beynəlxalq elmi konfrans keçirilib "Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə" mövuzusunda III Beynəlxalq elmi konfrans keçirilib Azərbaycan Universiteti (AU), AMEA-nın A.A.Bakıxanov adına Tarix İntitutu, Türkiyənin Anadolu Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, "Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai birliyi və "Səs" Media Qrupu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 və hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr olunmuş "Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə" mövuzusunda III Beynəlxalq elmi konfrans keçirib.
Tədbirdə AU-nun rektoru Fərid Əhmədov, Türkiyənin Anadolu Universitetinin Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov, Anadolu Universitetindən tarixçi alim Mehmet Topal, Prezident yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Millət vəkili Aydın Mirzəzadə, GEAD İB-nin sədri Məmmədəli Babaşlı, Nəsimi R.İ.H. Başçısının müavini Gülarə Verdiyeva, Türkiyənin Azərbaycandakı Səfirliyinin üçüncü katibi Öznur Tübençokrak, Səs İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, universitet tələbələri və KİV nümayəndələri iştirak ediblər.

İlk olaraq qonaqlar universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzüblər.

Tədbirdə türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımlardan və erməni işğalçılarının məkrli planlarından söhbət açılıb.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qonaqları salamlayan AU-nun rektoru Fərid Əhmədov bildirib ki, soyqırım cinayət olduğundan cinayətin məhkəmədə sübuta yetirilməsi çox vacibdir: "Bunu nəzərə alaraq tarixdə, yəni ötən əsrin əvvəllərində baş vermiş qətliamların praktiki nöqteyi-nəzərindən soyqırım kimi tövsif olunması çox çətindir. Çünki insanlar artıq dünyasını dəyişib və həmin zamanda olan şahidlər artıq yoxdur. Bəzi faktları araşdırıb üzə çıxarmaq bir qədər çətinliklər yarada bilər".

Türkiyənin Anadolu Universitetinin Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov tədbirin keçirilməsinə görə bütün təşkilatçılara minnətdarlığını bildirib. O, ermənilərin tarix boyu türklərə qarşı apardığı düşmənçilik və soyqırım siyasətindən bəhs edərək qeyd edib ki, torpaqlarına təcavüz olunduqdan sonra da Azərbaycan Respublikası bütün vasitəçilik missiyalarından imtina etməyərək, problemin BMT və ATƏT prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu bir daha nümayiş etdirir. O, əlavə olaraq bildirmişdir ki, Türkiyə Dağlıq Qarabağ məsələlərində hər zaman Azərbaycanı dəstəkləmişdir. Azər Hətəmov Anadolu Universitetinin Türkiyə ərazisində yerləşməsinə baxmayaraq, Universitetin Azərbaycandan da distant formada təhsil alan minlərlə tələbəsinin olduğunu qeyd edərək, konfransda müzakirə edilən mövzu ilə əlaqədar elmi məqalələrin Anadolu Universitetinin Azərbaycandakı tələbə gənclərinə də təqdim olunacağını bildirmişdir.

Prezident yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev deyib ki, biz bəzən soyqırımının genosid kimi sübut edilməsində deqlizmə yol veririk: "Məsələn, qətliamla soyqırım arasında kəskin sərhəd qoyulur. Əslində hüquqi cəhətdən bunların arasında fərq olsa da, yəni qətliam hər hansı bir şəhərin, kəndin milli mənsubiyyətinə görə deyil, ancaq qalibiyyət xatirinə qırılmasını özündə ehtiva edirsə, genosid və soyqırım terminləri konkret bir topluma milliyyətinə, dininə, etnik təmsilçiliyinə görə törədilmiş kütləvi qırğın aid edilir. Baxmayaraq ki, bizim Azərbaycan Respublikasının Cinayət Məcəlləsində soyqırımı anlayışı var.
Milli Millət vəkili Aydın Mirzəzadə vurğulayıb ki, soyqırımı dedikdə ancaq bir xalqın və yaxud da bir dövrdə olan soyqırımı nəzərdə tutulmur: "Tarixən bu böyük dünyaya qarşı törədilən soyqırımları öyrənməliyik və yaxud bununla bağlı bir sistem yaratmalıyıq. Hesab edirəm ki, siz bu konfransla artıq bunun əsasını qoymusunuz. Artıq bu sistemləşdirilməli və konkret bir tarixi dövr götürülməlidir. Burada ümumi cəhətləri axtarmağı bacarmalıyıq. Əlbəttə ki, bu istiqamətdə Azərbaycan elmi öz sözünü deyir".

Anadolu Universitetinin Tarixçi alimi Mehmet Topal öz çıxışında, 1915-ci il hadisələrinin əsl gerçəkləri haqqında arxiv sənədlərinə əsaslanaraq bildirmişdir ki, həmin vaxt heç bir soyqırım olmamış, əsl qətliam 20-ci yüzillikdə bütün dünya ictimaiyyətinin gözləri qarşısında baş verən Xocalı soyqırımıdır. Mehmet Topal Türkiyədə bu istiqamətdə son vaxtlar arxivlərdə geniş araşdımalar aparıldığını, bütün sənədlərdə ermənilərin iddialarının tam tərsi, yəni əslində türk xalqlarına qarşı edilmiş soyqırımlar olduğunun isbatlandığını bildirmişdir.

GEAD İB-nin sədri Məmmədəli Babaşlı təmsil olunduğu qurumun soyqırımla bağlı gördüyü işlərdən danışıb: "Dövlətimizin bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Biz də ictimai birlik olaraq bu sahədə üzərimizə düşən işi layiqincə yerinə yetirməyə hazırıq".

Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının professoru Qabil Əliyev öz çıxışında bu məsələlərin araşdırılması istiqamətində bugünədək bir çox işlər görülməsinə baxmayaraq, bunu tam qənaətbəxş hesab etmədiyini, bundan sonra bu istiqamətdə daha çox işlərin görülməsinin vacibliyini qeyd etmişdir.

Daha sonra AMEA-nın A.A. Bakıxanov adına Tarix İntitutunun baş elmi işçisi Vaqif Abışov, Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının professoru Anar İsgəndərov mövzu ətrafında fikirlərini bölüşüblər.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan Texniki Universitetində Azərbaycanlıların Soyqırımı Günü ilə əla ...

Azərbaycan Texniki Universitetində Azərbaycanlıların Soyqırımı Günü ilə əla ...

Təhsil, AzTU
Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitabının təqdimatı keçirilib

Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitabının təqdimatı keçirilib

İctimai elmlər
Bakı Mühəndislik Universitetində  “31 Mart Soyqırımı” ilə əlaqədar olaraq t ...

Bakı Mühəndislik Universitetində “31 Mart Soyqırımı” ilə əlaqədar olaraq t ...

Əsas xəbər, BMU
SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

Sumqayıt
AzTU-da Xocalı soyqırımı qurbanlarının anım günü keçirilib

AzTU-da Xocalı soyqırımı qurbanlarının anım günü keçirilib

AzTU
ADPU-nun professoru beynəlxalq konfransda

ADPU-nun professoru beynəlxalq konfransda

ADPU
AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU
Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflis
XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımların müasi ...

XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımların müasi ...

Humanitar elmlər
AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU
Roma Papası qondarma “soyqırım” tədbirlərinə qatılmayacaq

Roma Papası qondarma “soyqırım” tədbirlərinə qatılmayacaq

Dünya
Yeni yaradılmış Bakı Mühəndislik Universitetində “Xocalı harayı” adlı tədbi ...

Yeni yaradılmış Bakı Mühəndislik Universitetində “Xocalı harayı” adlı tədbi ...

BMU
AzTU-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım məra ...

AzTU-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım məra ...

AzTU
XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

Humanitar elmlər
AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünya ...

AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünya ...

AzTU, Turan
“TARİXİN QAN YADDAŞI”

“TARİXİN QAN YADDAŞI”

Biologiya və tibb elmləri, Digər bölmələr, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan və Türkiyə universitetlərinin Xocalı soyqırımına həsr olunan ort ...

Azərbaycan və Türkiyə universitetlərinin Xocalı soyqırımına həsr olunan ort ...

AzTU, Turan
Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Biologiya və tibb elmləri
Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində  Xocalı soyqırımını ...

Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində Xocalı soyqırımını ...

Qarabağ
Ədəbiyyat İnstitutunda “Yunus Əmrə Zirvəsi” mövzusunda konfrans keçirilib

Ədəbiyyat İnstitutunda “Yunus Əmrə Zirvəsi” mövzusunda konfrans keçirilib

Humanitar elmlər, Turan
Rəy yazın: