Bu günkü görüşdə əsasən bu il qəbul imtahanında 600-dən çox bal toplayaraq Qafqaz Universitetini seçmiş tələbələr və Tələbə Elmı Cəmiyyətinin fəal üzvləri iştirak edib.
Qafqaz Universitetinin rektoru professor Havar Məmmədov çıxışında bildirib ki, tələbələrlə görüş artıq ənənə halını alıb. Dərs ili başlayandan tələbələrlə auditoriyalarda və universitetin akt zallarında görüşlərimiz olub. Artıq dərs başlamasından bir aydan çox vaxt keçib. Yəqin ki, birinci kurs tələbələri universitet həyatına uyğunlaşıb. Bu ilki qəbulumuzda yüksək səviyyədə keçib. Bakalavr pilləsi ilə yanaşı Magistr pilləsinə də qəbul yüksəkdir. Əsas səbəb buradakı təhsil mühiti və tədrisin ingilis dilində olmasıdır. 600- baldan yuxarı 229 nəfər, pedoqoji ixtisalarımızı isə 500 baldan yuxarı 116 nəfər seçib. Cəmiyyətdə Qafqaz Universitetini mühəndislik sahəsində tanıyırlar amma pedoqoji ixtisaslarımızda ümumilikdə 1800 nəfər tələbə təhsil alır. Yüksək ballı tələbələrin müəllimlik ixtisaslarını seçmələri və burada müəllim kimi yüksək səviyyədə hazırlanmaları gələcəyimiz adına ümidvericidir.
Ümummilli Liderimiz demişdir: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Qafqaz Universiteti Azərbaycan dövlətinin diqqət və qayğısındadır. Universitetdə çalışan müəllimlər yerli və gənc olmaqla yanaşı təhsilin müasir tədrisi medodikasını bilən kadrlardır. Buranın üstünlüklərindən biri də universitet - iş dünyası əlaqələrinin qurulmasıdır. Auditoryalar müasir elektron dərs vəsaitləri ilə təhciz olunub. Müəllimlərin dərs keçmə üsulu və tələbə- müəllim münasibətləri yaxşı tənzimlənir. Tələbələrin dərsdən əlavə məşğuliyyəti üçün tələbə elmi cəmiyyəti müasir 21 elmi və maraq klubları fəaliyyət göstərir. Bu günlərdə beynəlxalq konfrans keçirdik. 22 ölkədən 80 alim iştirak etdi. Bu konfransa olan maraq onu göstərir ki, universitetimiz beynəlxalq aləmdə tanınıb və etibar qazanıb. Bir sözlə üniversitet tam ahəngi ilə sizə xidmət edir. Siz isə bu imkanlardan yararlanıb yüksək təhsil almalısınız və müstəqil Azərbaycana layiq vətənpərvər vətandaş olmalısınız. Möhtərəm Prezidentimiz İlham Əliyevin Gənclərə olan diqqətini dərk edib, onun ətrafında sıx birləşərək müstəqilliyimizi möhkəmləndirməlisiniz.
Tələbə Elmi Cəmiyyətinin sədri 3-cü kurs tələbəsi Lətifə Bayramova cəmiyyətin fəaliyyəti, görülən və görüləcək işlərlə əlaqəli ətraflı məlumat verdi.
O, birinci kurs tələbələrini elmi cəmiyyətə üzv olmağa dəvət etdi.
Rektor əlavə olaraq onu da bildirdi ki, universitetin rəhbər şəxslərin qapıları tələbələrin üzünə hər zaman acıqdır.
O, Xüsusən tələbələrin universitet daxilində qidalanmalarına da xüsusi fikir vermələrini, qarşılaşdıqları problemlərlə bağlı vaxt itirmədən rektorluğa məlumat vermələrini tövsiyyə etdi.
Sonda tələbələri maraqlandıran suallar rəhbər şəxslər tərəfindən cavablandırıldı.
.