BDU-nun Şərqşünaslıq fakültəsində növbəti elmi seminarı keçirilib

BDU-nun Şərqşünaslıq fakültəsində növbəti elmi seminarı keçirilibBDU-nun Şərqşünaslıq fakültəsində növbəti elmi seminarı keçirilib BDU-nun Şərqşünaslıq fakültəsində növbəti elmi seminarı keçirilib BDU-nun Şərqşünaslıq fakültəsində növbəti elmi seminarı keçirilibBakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi, İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin növbəti elmi seminarı keçirilib.

Seminarda ETM-nin əməkdaşları, "Dirçəliş" gənclərin sosial rifahına doğru ictimai birliyinin təsisçi gəncləri və könüllü tələbələr iştirak ediblər.


BDU-nun Şərqşünaslıq fakültəsindən "turan.info.az-a bildiriblər ki, əvvəlcə məruzəçi, İslamşünaslıq ETM-nin aparıcı elmi işçisi, fil.ü.f.d. Yeganə Mirzəyeva "Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin hamisidir" adlı mövzuda çıxış edib.

Əsas olaraq bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəaliyyətə başladığı 2004-cü il may ayının 10-dan etibarən ölkəmizin ictimai-mədəni həyatında müstəsna rol oynamaqdadır. O qeyd edib ki, cəmiyyət həyatının bütün sferalarında çoxşaxəli proqramlar hazırlayaraq uğurla həyata keçirən Heydər Əliyev Fondu, insanları narahat edən problemlərin həlli yolunda lazımi tədbirləri həyata keçirməklə yanaşı, dünya mədəni irsinin bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti ilə də mühüm nəticələrə imza atıb.

Daha sonra İslamşünaslıq ETM-nin elmi işçisi, sosioloq Əli Babayev bildirib ki, ölkəmizin zəngin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi milli-mənəvi dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi müasir dövrdə xüsusilə aktualdır. Bu aktuallıq geostrateji mövqeyinə görə mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın dünyanın ən tolerant dövlətlərindən birinə çevrilməsi ilə şərtlənir. Ulu öndər Heydər Əliyevin ideyalarının davamçısı, həmçinin onların gerçəkləşdirilməsinə çalışan Heydər Əliyev Fondu, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycanın və dünyanın maddi-mənəvi irsinə böyük töhfələr verir, hazırda işğaldan azad edilən Qarabağımızda mədəni-dini irsimizin yenidən həyata, xalqa qaytarılması missiyasını uğurla davam etdirir. Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın gərgin fəaliyyətindən, onların milli mənəvi dəyərlərimizə verdiyi töhfələrdən söhbət açan Ə.Babayev vurğulayıb ki, hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət- ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir və hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.

Qeyd edək ki, sonda gənclərin mövzu ilə əlaqədar müxtəlif sualları cavablandırılıb.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: