Bakı Dövlət Universiteti
Hüquq Fakültəsi
Tələbə Gənclər Təşkilatının 2017-2018 Tədris ili üçün Təqdimatı keçirilib.
1 saylı tədris binasının 900-cü auditoriyasında baş tutan Təqdimatda, əsasən, 1-ci kurs tələbələri iştirak etmişdirlər.
Təşkilatın tələbələrlə görüşündə Hüquq Fakültəsi Tələbə Gənclər Təşkilatı İdarə Heyəti ilə yanaşı, həmçinin Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev və dekan müavini Aytəkin İbrahimova da iştirak etmişdir.
Tədbirə öz nitqi ilə başlayan Hüquq fakültəsinin dekanı Əmir Əliyev Hüquq fakültəsində fəaliyyətdə olan tələbə təşkilatları barədə ətraflı məlumat vermiş, onların daim tələbələrlə əlaqədə olmasının, o cümlədən tələbələr üçün faydalı layihələr üzərində işləmələrinin vacibliyini xüsusilə vurğulamışdır.
Sonra çıxış edən Hüquq Fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Orxan Bəşirli təşkilatın son 2 illik fəaliyyəti və cari tədris ilində nəzərdə tutulmuş layihələr haqqında ətraflı məlumat vermişdir.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılmış, onların maraq dairəsində olan mövzular haqqında danışılmışdır.
turan.info.az
.