Tədbiri açan Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev ulu öndər Heydər Əliyevin ölkənin çətin dövrlərindəki uğurlu fəaliyyətindən, parçalanma təhlükəsi ilə üz-üzə qalmış dövlətin yenidən vahid nəzarət altına alınması istiqamətindəki xidmətlərindən bəhs edib.
Hüquq Fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Orxan Şirinli çıxış edərək ulu öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümünə həsr edilmiş “Hüquq Olimpiadası” haqqında məlumat verib. Qeyd edib ki, yarımfinal və final mərhələsi şəklində keçirilmiş olimpiadanın yarımfinalında hüquq nəzəriyyəsi, konstitusiya hüququ, mulki hüquq, cinayət hüququ, əmək hüququ, beynəlxalq ümumi hüquq, inzibati hüquq, sosial təminat hüququ, maliyyə hüququ və kommersia hüququ fənnlərindən test tapşırıqları verilib. Ən yüksək nəticə göstərmiş 24 tələbə final mərhələsində iştirak hüququ qazanıb. Final mərhələsi isə case metodu ilə həyata keçirilib. Open Book şəklində təşkil olunmuş final mərhələsində tələbələrə mülki hüquq, cinayət hüququ, əmək hüququ, inzibati hüquq, sosial təminat hüququndan kazuslar təqdim edilib.
Daha sonra final mərhələsinə keçmiş tələbələr olimpiadada uğurlu iştirakına görə sertifikatlarla layiq görülüblər. Sonda 2-ci kurslar üzrə Samirə Mehrəliyeva 1-ci, Əminə Qasımova 2-ci, Əkbər Əliyev 3-cü, 3-cü kurslar üzrə Səbunə Məmmədzadə 1-ci, Aysel Qasımova 2-ci, Nüsrət Ağazadə isə 3-cü yerə layiq görülüb, olimpiadanın xüsusi mükafatını alıblar.
Biz də “Hüquq Olimpiadası”nın qaliblərini ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..
Aytac MƏDƏDLİ,
turan.info.az
.