Vüqar MEHRABOV - 50

Vüqar MEHRABOV - 50 TƏBRİK EDİRİK!..

Bu gün
mənim əziz qardaşım,
dəyərli ziyalımız,
tanınmış alim,
Bakı Dövlət Universitetinin
Ümumi işlər üzrə prorektoru,
fizika-riyaziyyat elmləri namizədi,
Riyazi analiz kafedrasının dosenti
Vüqar Abdulla oğlu Mehrabovun
doğum günüdür.
Daha dəqiq desək, Yubileyidir.
Anadan olmasının
50 illik Yubileyi!..

Vüqar Abdulla oğlu Mehrabov - 1969-cu il avqust ayının 27-də Bakı şəhərində
əslən qədim Borçalı mahalının Bolnisi rayonundakı Saraçlı kəndindən olan
tanınmış ziyalı, məşhur alim-pedaqoq, professor Abdulla Mehrabov
un ailəsində anadan olub.

1976-cı ildə Bakı şəhərinin Yasamal payonundakı 20 saylı orta məktəbin birinci sinfinə gedib
və 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirib.
1985-ci ildə Azərbaycan məktəblilərinin riyaziyyat üzrə olimpiadasında 2-ci yeri, 1986-cı ildə isə 1-ci yeri tutub.
Bundan əlavə o, 1985-ci ildə SSRİ EA-nın "Kvant" jurnalının qalibi olub.
1986-cı ildə məktəblilərin riyaziyyat üzrə Ulyanovsk şəhərində keçirilən SSRİ üzrə olimpiadasında iştirak edib və II yeri tutub.
1986-cı ildə BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.
Gənc mütəxəssis kimi təyinatla BDU-nun Tətbiqi Riyaziyyat ETİ-na kiçik elmi işçi vəzifəsinə işə göndərilib.
1992-ci ildə BDU-nun "Funksional analiz və funksiyalar nəzəriyyəsi" kafedrasında əyani aspiranturaya daxil olub və 1995-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirib.
1996-cı ilin fevralında Azərbaycan Respublikası EA-nın Mexanika və Riyaziyyat İnstitutunun nəzdindəki Elmi Şurada "Periodik əmsallı Pauli operatorunun spektri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb.
1996-cı ildən BDU-nun “Riyazi analiz” kaedrasında 0,5 ştat müəllim, bas müəllim və dosent vəzifələrində işləyib.

2005-ci ilin sentyabr ayının 30-dan 2014-cü ilin yanvar ayının 29-dək Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində ümumi işlər uzrə prorektor vəzifəsində çalışıb.

2012-ci il aprel ayının 18-də AR Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

2014-cü ilin yanvar ayının 30-dan Bakı Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru
və eyni zamanda BDU-nun mexanika-riyaziyyat fakültəsinin "Riyazi analiz" kafedrasının dosentidir.

Ailəlidir, iki övladı var.

15 ildir ki, təhsil sahəsində fəaliyyət göstərən dos. V.A.Mehrabov "Riazi analiz" (bakalavr pilləsində)
və "Adi diferensial operatorun spektral nəzəriyyəsi" (magistratura pilləsində) fənlərini tədris edir.
O, bu müddətdə elmi–pedaqoji işlərlə yanaşı "Diferensial operatorun spektral nəzəriyyəsi" sahəsində elmi–tədqiqat işləri də aparır.
O, 1 metodik vəsaitin, 3 dərs vəsaitinin və 20–dən çox məqalənin müəllifidir.


KİTABLARI:

Ümumiləşmiş funksiyalar (Metodik vəsait). Aərbaycan Memarlıq və İnşaat Universitetinin nəşriyyatı, Bakı,1998, 37 səh.
Riyaziyyatın ibtidai kursunda məsələ həlli - I hissə (dərs vəsaiti),Təfəkkür nəşriyyat-poliqrafiya mərkəzi, Bakı,2004,142 səh.
Riyaziyyatın ibtidai kursunda məsələ həlli - II hissə (dərs vəsaiti), Təfəkkür nəşriyyat-poliqrafiya mərkəzi, Bakı,2004,162 səh.
Riyazi analiz (dərs vəsaiti), Bakı, 2011, 494 səh.

SEÇİLMİŞ ƏSƏRLƏRİ:

О спектре пеpиодического опеpатоpа Паули в паралелограмме (Гипотеза Бете-Зоммерфельда). Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2000, № 1, səh. 110-124.
О pазложение пеpиодического опеpатоpа Паули по слоям. Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2000, № 4, səh. 166-175.
Трехмерный периодический оператор Паули. Асимптотические формулы высокого порядка. Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2004, № 2, səh. 64-70.
Трехмерный периодический оператор Паули. Асимптотические формулы высокого порядка. Международное научное конференция «Современные проблемы математики, механики, информатики». г. Тула 19-23 ноября 2007 год, стр. 61-63.
Azərbaycan Dövlət Pedaqoji Universitesi, Matematik fakültəsi öyrəncilərinin matematizə qarşı tutumlarının çeşidli deyişkenlərə görə incələnməsi. Pedaqoji Universitesin xəbərləri, № 4, 2008, s. 236-246.
Riyazi analizin tədrisində parametr daxiletmə və onun tətbiqləri. Uluslararası öğretmen yetişdirmə politikaları ve sorunları simpoziumu – II, Hacettepe Universiteti, Ankara,16-18 mayis 2010-cu il, səh.411-416.
Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim hazırlığının vəziyyəti və perspektivləri. Uluslararası öğretmen yetişdirmə politikaları ve sorunları simpoziumu – II, Hacettepe Universiteti, Ankara,16-18 mayis 2010-cu il, səh.1183-1185.
Асимптотические формулы для некоторой серии нерезонансных собственных значений трехмерного периодического оператора Паули. Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2012, № 1, səh. 38-48
Асимптотические формулы для нерезонансных собственных значений оператора типа Паули. Pedaqoji Universitetin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2013, № 2, səh. 7-11


BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:

2006,Bakı,Azərbaycan:AMEA-nın müxbir üzvü, professor B.A.İsgəndərovun 70 illiyinə həsr olunmuş
Riyaziyyat və Mexanika üzrə XII beynəlxalq konfrans
2007,Tula,Rusiya:Riyaziyyat,mexanika və informatikanın müasir problemləri
2007, Bakı, Azərbaycan: Beynəlxalq müellim hazırlama siyasəti və problemləri - I
2010, Ankara,TR: Uluslararası öğretmen yetişdirmə politikaları ve sorunları simpoziumu – II
2012, Kipr: Muellim hazırlıgında fennlerarası əlaqe.


Biz də dəyərli ziyalımız, tanınmış alim, Bakı Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru,
fizika-riyaziyyat elmləri namizədi, Riyazi analiz kafedrasının dosenti Vüqar Abdulla oğlu Mehrabovu anadan olmasının 50 illik yubileyi münasibətilə ürəkdən tərik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai fəaliyyətində bundan sonra da yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dəmirli ŞAKİR YUSUBOV (1959)

Dəmirli ŞAKİR YUSUBOV (1959)

"XXI əsrin Ziyalıları", Bolus, Darvaz
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
GDU-nun kafedra müdiri Bəhram Mustafayev vəfat edib

GDU-nun kafedra müdiri Bəhram Mustafayev vəfat edib

Gəncə, Qarayazı, Nekroloqlar
YADİGAR HÜSEYNOV (1955-2016)

YADİGAR HÜSEYNOV (1955-2016)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
Professor Asəf ZAMANOV

Professor Asəf ZAMANOV

ADPU, "XXI əsrin Ziyalıları", Təbriklər
Akademik Zahid Xəlilov (1911-1971)

Akademik Zahid Xəlilov (1911-1971)

---
Professor Nizami HƏSƏNLİ (1941)

Professor Nizami HƏSƏNLİ (1941)

"XXI əsrin Ziyalıları", Bolus, Turan, Diaspora
AKADEMİK ZAHİD XƏLİLOVUN İKİNCİ DƏFƏ ÇAP OLUNMUŞ “FUNKSİONAL ANALİZİN ƏSASL ...

AKADEMİK ZAHİD XƏLİLOVUN İKİNCİ DƏFƏ ÇAP OLUNMUŞ “FUNKSİONAL ANALİZİN ƏSASL ...

Digər bölmələr, Bolus
PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

Digər bölmələr
Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Digər bölmələr, Rusiya
ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

Bolus, Nekroloqlar
Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi ko ...

Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi ko ...

Digər bölmələr
AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA DİSSERTASİYA ŞURASININ NÖVBƏTİ İCL ...

AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA DİSSERTASİYA ŞURASININ NÖVBƏTİ İCL ...

Digər bölmələr
AzTU-nun dosenti ƏLLƏZ ƏLİYEV (1966)

AzTU-nun dosenti ƏLLƏZ ƏLİYEV (1966)

AzTU, "XXI əsrin Ziyalıları", Başkeçid
GƏNC ƏRƏBŞÜNAS ALİM

GƏNC ƏRƏBŞÜNAS ALİM

BDU, Başkeçid, Təbriklər
AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNUN SEMİNARINDA

AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNUN SEMİNARINDA

Digər bölmələr
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
Ruhun şad olsun, bacarıqlı təşkilatçı, böyük alim, unudulmaz şəxsiyyət - ak ...

Ruhun şad olsun, bacarıqlı təşkilatçı, böyük alim, unudulmaz şəxsiyyət - ak ...

Digər bölmələr, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: