BABA OCAĞININ İŞIĞI

BABA OCAĞININ İŞIĞI
Mətanət SARAÇLI (HƏSƏNOVA)
Bakı Dövlət Univeristetinin
Klassik Azərbaycan ədəbiyyatı kafedrasının dosenti,
filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü



BABA OCAĞININ İŞIĞI


(Nizami Muradoğlunun “Baba ocaği” kitabı haqqinda
ədəbi düşüncələr)


Tarixi roman janrında yazılan bu əsər epik növün bütün tələblərinə tam cavab verir. Bütün ənənəvi romanlarda olduğu kimi proloqla başlayıb epiloqla bitir və janrın tələblərinə uyğun olaraq müvafiq süjet və kompozisiya xüsusiyyətlərinə malikdir. İki əsas süjet xətti ətrafında komplektləşən yardımçı süjetlər bitkin bir kompozisiya yaradır. Bədii təsvirin istiqaməti əksər tarixi romanlarda olduğu kimi problemlərdən xarakterlərə doğru yön alır.

Əsərin baş qəhrəmanı Əylis və əylislilərdir. Əsas müsbət obraz kimi təsvir olunan Rövşən bəy də Əylisin doğma övladıdır. Əsərin əsas süjet xəttini Əylis, onun tarixi, etnoqrafiyası, adət-ənələri ilə bağlı hadisələr təşkil edir. “Baba ocağı”mız hesab olunan Əylisə Z.Balayan kimiləri “Ocaq”la haramlıq qatmağa çalışsalar da haramlıq götürməyən ocağımız öz közünü qorumağa qadir olduğunu sübut etdi.
Ümumiyyətlə, bu əsərdə bir daş fenomeni var və sanki daş da obrazlaşır. Müəllifin əylislilərə şamil etdiyi daş fenomenini mən bütün Naxçıvana şamil edərdim.

BABA OCAĞININ İŞIĞI Əsərə müraciət edək:

“Daşlar yumşalmağa meyilli olmayanda əylislilərin də qəzəbi daşa dönmüş, daş-daşa rast gəlmişdi. Əylislilər çörəyi daşdan çıxarır. O daşdan çıxan çörəyin dadından, ləzzətindən doymaq olmur.“ Baba ocağımıza atılan ikinci daş sapı özümüzdən olan baltalardan gəldi. Kitab haqqında yazılan rəylərin birində deyildiyi kimi “bu daş baba ocağımızın közünü qopardı”.

Bu əsərin ən böyük tarixi əhəmiyyəti millətimizi aşağılamağa çalışan Ə.Əylislinin “Daş yuxular”ına vurulan tərs şapalaq oldu. Bizi utanc hissindən, xəcalət ağrısından xilas etdi.

Əsərdə Əylisin tarixi ilə bağlı bir çox mənbələrdə rast gəldiyimiz faktlar yüksək bədiiliklə, oxucunu yormadan beyinlərə nüfuz edir və ermənilərin bu torpaqlara gəlmə olduğunu bir daha diqqətə çatdırır. XIV əsrdən etibarən xəritələrdə bu kəndin adının Qoçtən olması, Akulis, yəni Ağ ulus adlandırılması, Şah Abbasın vəziri Mirzə Hətəm bəyin də Ordubadlı olması, şahın bu bölgəni fərmanla vergidən azad etməsi kimi arqumentlər dəqiq tarixi faktlara söykənir.

Əsərdə oxuyuruq:
“Hülaki xanın zövcəsi Doqquzxatun xanım yay istirahətini Əylisdə keçirərdi. Nəsrani dinindən olan bu xanım özü ilə xristian xidmətçilər gətirir və onlar burada artaraq məskunlaşır. 1828-ci ildə isə ruslar İrandan 37 erməni ailəsini kəndə köçürürlər. 1828-ci il martın 21-nə qədər ermənilər yer üzündə rəsmən qul kimi tanınmışlar. Həmin tarixdə Nikolayın fərmanı ilə onların üzərindən “qul” adı götürülmüş, Naxçıvan və İrəvan xanlıqlarının yerində erməni vilayəti yaradılmışdı”.
BABA OCAĞININ İŞIĞI “Bala İstanbul” adlandırılan Əylisdə, hətta kilsədəki keşiş Mikayıl da vaxtilə xristian dinini qəbul edərək erməniləşən qıpçaq türklərindən idi. Görünür, bu insan yaddaşındakı genetik koda sadiq qaldığından pis əməllərə imza ata bilmir.
Sadə əhalinin yaşam tərzi, məhəbbəti, nifrəti, hadisələrə real münasibəti əsərdə əsas təsvir predmetidir.
Əsərin ikinci əsas süjet xəttini Rövşən bəylə bağlı hadisələr təşkil edir. Kitabın əsas poetik ağırlıq mərkəzi isə onunla erməni Arakel arasında gizli və açıq formada gedən qarşıdurmada özünü tam ifadə edir. Bu iki əks qütb arasında gedən xeyir-şər mübarizəsində obrazların mənəvi-psixoloji aləminin daha dərin qatları göz önündə sərgilənir. Rövşən nə qədər halallıq, alicənablıq, mərdlik simvolu kimi çıxış edirsə, Arakel o qədər erməni xəbisliyi və məkrinin daşıyıcısı funksiyasının ifadəçisinə çevrilir
Rövşən bəy vətənpərvər Azərbaycan gəncliyinin ümümiləşmiş tipi, eyni zamanda özünəməxsus fərdi keyfiyyətləri olan güclü, bitkin bir xarakterdir. Sevgiyə həssas münasibəti, vəfa və etibarı, yüksək vətənpərvərliyi, eyni zamanda yoxsulları istismar edib incidənlərə qarşı kəskin radikallığı onu oxucu gözündə ucaldır. Əsərdə ən təsirli səhnələrdən biri də Rövşənin yaşadığı müddətdə etdiyi bütün günahların bağışlanmasına necə nail olmağın mümkünlüyü və tövbəsinin tanrı qarşısında qəbul olunduğunu öz gözləri ilə görmək arzusudur. Bu istəyilə bağlı bir çox din xadimlərinə müraciət etsə də bunun mümkünsüzlüyü cavabını alır. Nəhayət, ona Ağ Dədəni soraq verirlər. Qoca yanan ocaqdan bir kösöv götürüb burdan aşağıda yerləşən bir dərədə yeri qazıb oradan çıxan su ilə kösövü əkib sulamağı Rövşənə tapşırır. Çətinliklə də olsa onu inandırır ki, xeyirxah işlər görsən və sidq ürəklə qulluq etsən kösöv göyərəcək. Uzun sınaqlardan sonra reallaşması mümkünsüz görünən bu arzu gerçəkləşir və kösöv göyərir. Kösövdən göyərən söyüd ağacı Rövşənin öz əlilə saldığı bağın yaraşığına çevrilir. Bu hadisə bir tərəfdən bu torpaqda yaşayanların ilahi dəyərlərə söykənməsi, inamlı, etiqadlı insanlarla Allah arasında bağların mümkünlüyünü özündə ehtiva edirsə, digər tərəfdən, Rövşən obrazının halallıq axtarışı, tədricən təkamül prosesi keçirərək kamillik zirvəsinə ucalmasını tam çılpaqlığı ilə nümayiş etdirir. İnsana münasibətdə də ilahi dəyərləri əsas tutan bu türk övladları onlara yaxşılığı keçən ermənilərə belə qayğı ilə yanaşırlar.
Bütün bu hadisələr Rövşənin nakam məhəbbəti ucbatından doğma yurdu tərk edib 20 il neft Bakısında yaşaması və nəhayət, hər gün yuxularında qovuşduğu doğma yurda dönüşündən sonra baş verir. O, erməni qəsbkarlarına qarşı yüksək vətənpərvərliyi və xeyirxah işləri ilə kənddə ən hörmətli insana çevrilir. Müəllif düşmən gülləsinə tuş gələn Rövşənin qanı axan daşı belə müqəddəsləşdirməyə çalışır:
“Qanlı daş adi daş deyil. Nəhəng Təkəqaya dağına söykənmiş balaca bir dağdır. Əylisdə çox daşlar qana bulaşmışdı. Lakin yağan yağışlar, qarlar o balaca daşları yuyub təmizlədilər. Qanlı daşa isə Rövşən bəyin qanı axmışdı, qərinələr keçsə də qar-yağış suları o qanı yuyub təmizləyə bilmədi. O daşın üzərinə tökülən o müqəddəs qan qayalara silinməz izlər nəqş elədi.”
Beləliklə, əsərdə obrazlaşan daş fenomeni müqəddəslik statusu qazandı.
Kitabda iki zaman dönəmində baş verən erməni-müsəlman münaqişəsinin (1906, 1918) yaddaşımızda açdığı yaralar və qonşu Osmanlı Türkiyəsinin qardaş dəstəyi təfərrüatı ilə yer alır və bu dəstək bizlərdə qürur hissi yaradır.
Əsərə müraciət edək:
“Andranik qoşunu ilə Naxçıvana girir, özünü Rusiyanın səlahiyyətli nümayəndəsi kimi təqdim edərək Naxçıvanda onun hakimiyyətinin tanınmasını tələb edir. Naxçıvan Türk Milli Komitəsi Andranikin hakimiyyətini tanımaqdan imtina edir, kömək üçün Osmanlı hökümətinə müraciət göndərir. Naxçıvan Milli Komitəsinin və Osmanlı Ordusunun Naxçıvandakı nümayəndəsi Xəlil bəyin Osmanlı türk hökümətinə yazdıqları raporlara cavab verilmiş, Naxçıvan və Təbrizin xilası üçün Kazım Qara Bəkir paşaya tapşırıq verilmişdi. İyulun 7-də türk ordusu Naxçıvan şəhərinin ətrafında hücuma keçərək Andranikin ordu birliklərini top atəşinə tutdu. Onların qarşısında davam gətirməyən Andranik qoşunları ətraf kəndlərə hücum edib talançılıqla məşğul oldular”.
Tarixdən bildiyimiz bu faktları “Baba ocağı”nın səhifələrində bədii notlarla canlandıran müəllif “Əshabü-Kəhf” əfsanəsini xatırladır. Deyilənə görə, üləmaların çox yaşadığı Ordubadda vaxtilə azar-bezarın az olduğunu göstərir. Haram götürməyən ocağımızda genetik yaddaşla ilahi ilgilər arasında yaşamaq taleyimizə yazılıb və bəzən özümüz də istəmədən musəvi zoqlarla, haylarla birgə bu ocaqda çörəyimizi bölüşmüş, bəlkə də gələcəkdə törənəcək növbəti faciələrin fərqinə varmamışıq.
Əsərin epiloq əvəzi hissəsində oxuyuruq:
“Erməni Manasın iki yetim qızı qalmışdı: Taniko və Arsenik. Taniko ilə kəndin müəllimi Mirzə Rahab evləndi. Arsenik ilə qaçqınlardan Mustafa bəy ailə qurdu. Sonra köçüb İrana getdilər. Sovet hakimiyyəti Mirzə Rahabı Maarif komissarı vəzifəsinə irəli çəkdi. Taniko qonşuluqda böyüyən bir qarnı ac, bir qarnı tox azərbaycanlı uşaqlara hərdən ya bir tikə çörək, ya bir alma verib onların məhəbbətini qazandı. Bütün gününü bu uşaqlara erməni mahnıları öyrətməklə keçirən Taniko Əylisdə baş verən hadisələri təhrif edərək danışır, həm də onlarda “məzlum” erməni xalqına qarşı bir məhəbbət oyadırdı.
“Daş yuxular”ın da Tanikonun nağıllarından qaynaqlandığı bu sətirləri oxuyan hər bir oxucuya mesajdır.
Nizami Muradoğlunun “Baba ocağı” kitabının qüsurlu cəhəti kimi qeyd etmək lazımdır ki, əsərdə publisistika bədiiliyi üstələyir.
Görünür, bu, müəllifin daha çox publisistika ilə bağlı olmasından qaynaqlanır.
Qeyd etdiyimiz və etmədiyimiz cüzi qüsurlarına baxmayaraq əsər qiymətli ədəbi nümunə kimi yaddaşlarda qalacaq.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbayca ...

“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbayca ...

Naxçıvan, Təbriklər
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
20 Yanvar faciəsi poemalarımızda

20 Yanvar faciəsi poemalarımızda

"Mən Şirvanın səsiyəm", Humanitar elmlər, Elmi Məqalələr
Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdima ...

Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdima ...

"Zirvə"
TƏNHALIQ MƏNİM DOSTUMDUR

TƏNHALIQ MƏNİM DOSTUMDUR

Sumqayıt
«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

Humanitar elmlər, Elmi Məqalələr
Əli Rzazadənin əsərlərinə bir baxış

Əli Rzazadənin əsərlərinə bir baxış

Sumqayıt, Ədəbi tənqid
“Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi

“Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
PRİNSİPSİZLİYƏ QARŞI  AZƏRBAYCAN PRİNSİPİALLIĞI

PRİNSİPSİZLİYƏ QARŞI AZƏRBAYCAN PRİNSİPİALLIĞI

Zalqa, Siyasət, Köşə yazılar
Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Tarix, Qərbi Azərbaycan
Əliağa Kürçaylının lirik poemaları

Əliağa Kürçaylının lirik poemaları

Ədəbi tənqid
ƏLİ  RZAZADƏnin

ƏLİ RZAZADƏnin "YAĞIŞ" ROMANI haqqında düşüncələrim

Ədəbiyyat, Ədəbiyyatşunaslıq, Ədəbi tənqid
Qafqazın ən böyük “Böyük Yalan”ı... - Natiq Abdullayevin yeni kitabı

Qafqazın ən böyük “Böyük Yalan”ı... - Natiq Abdullayevin yeni kitabı

Yeni nəşrlər, Qarayazı, Təbriklər
Türk Dünyasında “Od Çərşənbəsi”, Od Kultu

Türk Dünyasında “Od Çərşənbəsi”, Od Kultu

Əsas xəbər, Naxçıvan
Nailə Mirzəyeva: Adəm övladlarına  “ilahi nida”...

Nailə Mirzəyeva: Adəm övladlarına “ilahi nida”...

AzTU, Ədəbiyyatşunaslıq, Ədəbiyyat
Azərbaycan Texniki Universitetində Azərbaycanlıların Soyqırımı Günü ilə əla ...

Azərbaycan Texniki Universitetində Azərbaycanlıların Soyqırımı Günü ilə əla ...

Təhsil, AzTU
Sərvanə Dağtumas:

Sərvanə Dağtumas: "Akşin Xəyalın “Mənim erməni oğlum” əsərində ananın mənə ...

Elmi Məqalələr, Müsabiqə
Rövşən RZAYEV:

Rövşən RZAYEV: "Rusiyanın televiziya aparıcıları hərbçilərdən daha aqressi ...

Qarabağ, Siyasət
Sabir Rüstəmxanlının “məhəbbət məktubu”...

Sabir Rüstəmxanlının “məhəbbət məktubu”...

Ədəbiyyatşunaslıq, Ədəbi tənqid
Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”

Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”

Elmi Məqalələr, Ədəbi tənqid, Bolus
Rəy yazın: