Əmək fəaliyyətinə 2006-cı ildən Bakı Yük Stansiyasında yoldəyişdirici kimi başlayıb və dispetçer vəzifəsinə qədər yüksəlib.
2008-2011-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin hərəkət xidməti sahəsində dispetçer, 2011-2017-ci illərdə isə Sərnişin daşımaları Departamentinin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi vəzifələrində çalışıb.
2017-2019-cu illərdə Sərnişin daşımaları Departamentinin baş mühəndisi vəzifəsini icra edən Ramin Abdullayev, 2019-cu ildən Bakı sərnişin stansiyasının rəisidir.
Bir sıra elmi məqalə və metodiki vəsaitin müəllifi olan Ramin Abdullayev AzTU-nun Nəqliyyat logistikası və hərəkətin təşkili kafedrasının baş müəllimidir.
O, “Azərbaycan Dəmir Yolları” QSC-nin məzunlarının işə qəbulu komissiyasının üzvü kimi imtahan və müsahibə proqramlarının test suallarının tərtibatçısıdır.
Biz də Ramin Abdullayevə şəxsi həyatında və əmək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
turan.info.az
.