Qonaqları AzTU-nun rektoru Vilayət Vəliyev və Bilişim Vadisinin baş direktoru Ahmet Serdar İbrahimcioğlu qarşılayıb.
Əvvəlcə “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov texnoparkda görülən işlər, rezident şirkətlər haqqında məlumat verib.
Daha sonra ötən ay AzTU-da keçirilən “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə qatılan komandalar öz təqdimatlarını nümayiş etdirib.
Qeyd olunub ki, rəqəmsal oyun düşərgəsində uğurlu olan 3 startapa investisiya ayrılıb. Tədbir çərçivəsində “Havelsan” və “Baykar” şirkətlərinin ən böyük tərəfdaşlarından olan “Ordulu Texnologiya” şirkətinin Tədqiqat və İnkişaf mərkəzlərinin, həmçinin Avropanın ən böyük müdafiə, aviasiya və aerokosmik klasteri olan “SAHA İstanbul”un Azərbaycan Mərkəzinin açılışı olub.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.