AzTU-nun professoru Qırğızıstanda beynəlxalq konqresdə çıxış edib

AzTU-nun professoru Qırğızıstanda beynəlxalq konqresdə çıxış edib AzTU-nun professoru Qırğızıstanda beynəlxalq konqresdə çıxış edib AzTU-nun professoru Qırğızıstanda beynəlxalq konqresdə çıxış edibAzərbaycan Texniki Universitetinin (AzTU) Yeni Materiallar və Nanotexnologiya Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, Metallurgiya və materiallar texnologiyası kafedrasının professoru Əmdulla Mehrabov Qırğızıstanın Bişkek şəhərində 5-ci Beynəlxalq Türk Dünyası Elm və Mühəndislik Konqresində iştirak edib.

Konqres Qırğızıstan-Türkiyə Manas Universiteti (KTMU), Niğde Ömer Halisdemir Universiteti (NOHU) və AzTU-nun əməkdaşlığı çərçivəsində təşkil olunub.


Tədbirin açılş mərasimində KTMU-nun rektoru professor Alpaslan Ceylan, NOHU-nun rektoru professor Həsən Uslu və AzTU-nun rektoru professor Vilayət Vəliyev iştirakçıları salamlayıb və konqresin işinə uğurlar arzulayıblar. Qeyd edək ki, NOHU və AzTU rektoru tədbirə onlayn formatda qoşulub.

Daha sonra konqresin həmsədrləri KTMU-nun professoru Ercan Çelik, NOHU-nun professoru Murat Barut və AzTU-nun professoru Əmdulla Mehrabov çıxış edərək təmsil etdikləri universitetlər haqqında geniş məlumat veriblər.

Professor Əmdulla Mehrabov konqres çərçivəsində “Yerli elektrikləşdirilmə üçün bərpa olunan günəş-külək hibrid enerji istehsalı: icmal” mövzusunda plenar məruzəçi kimi çıxış edib.

Konqresin bağlanış sessiyasında 6-ci Beynəlxalq Türk Dünyası Elm və Mühəndislik Konqresinin 2024-cü ildə Bakıda AzTU-nun ev sahibliyi ilə keçirilməsi qərara alınıb.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: