Bu müddət ərzində tələbələr komandada işləmə bacarığı, yeni məhsulun sıfırdan ərsəyə gətirilməsi, “CNC” texnologiyaları ilə tanışlıq, 3D printerlərin iş mexanizmi, mexanika və elektronika sahəsində təcrübə, startap yarışlarında fərqlənməklə bağlı biliklər əldə ediblər.
Kursu bitirən tələbələri təbrik edən AzTU-nun maliyyə-təsərrüfat üzrə prorektoru Rəşad Əliyev onların “CezeriLab” laboratoriyasında əldə etdikləri biliklərin karyeraları üçün faydalı olacağını bildirib. O, belə təcrübə proqramlarının mütəmadi təşkil olunacağını deyib.
Məlumat üçün bildirək ki, təlim-təcrübə proqramında iştirak edən 40 tələbədən 26 nəfəri kursu fərqlənmə ilə bitirərək növbəti proqramda iştirak etmək hüququ qazanıb.
Sonda kursda iştirak edən və uğurla başa vuran tələbələrə sertifikat təqdim olunub.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.