İkigünlük təlim TİKA-nın dəstəyi ilə alınan ezAFM+ atom mikroskopunun iş prinsipinə həsr olunub.
Təlimçi İrmak Gürlek Sönmez tərəfindən aparılan təlimin birinci günü "ezAFM+ atom mikroskopu: giriş təlimi"ndə avadanlığın iş prinsipi və mikroskopun komponentləri barədə məlumat verilib.
Təlimin ikinci günü “ezAFM+ atom mikroskopu: istifadəçi təlimi”ndə isə mikroskop üzərində praktiki işlər, cihazın quraşdırılması və istifadəsi barədə qaydalar əməkdaşların diqqətinə çatdırılıb.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.