Qonağı salamlayan rektor Vilayət Vəliyev AzTU ilə YÖKAK arasında əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, YÖKAK nümayəndələri mütəmadi olaraq AzTU-nun müəllim və əməkdaşları ilə görüşləri keçirir, təlimlər, seminarlar təşkil edirlər.
Rektor qeyd edib ki, YÖKAK əməkdaşlarının təlimləri AzTU-nun müəllim və əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır.
Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edən Muhsin Kar AzTU ilə əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini deyib. Son illər AzTU-nun Türkiyə universitetləri ilə əməkdaşlığına diqqət çəkən qonaq imzalanan ikili diplom müqavilələrinin əhəmiyyətindən də danışıb. Bildirib ki, YÖKAK AzTU-da tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində bundan sonra da dəstəyini əsirgəməyəcək.
YÖKAK-ın sədri daha sonra AzTU-nun professor-müəllim heyəti ilə görüşüb.
turan.info.az
.