Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov Bakı Metropoliteninin kollektivini 55 illik yubiley münasibətilə təbrik edib. O, Bakı Metropoliteninin şəhər üçün xüsusi əhəmiyyətə malik nəqliyyat vasitəsi olduğunu xatırladaraq qeyd edib ki, bura karyera imkanları baxımından da AzTU tələbələri üçün əlverişlidir.
Metropolitenin Təlim-tədris mərkəzinin rəisi Rüfət Qədəşov və mərkəzin rəis müavini Rizvan Bayramov videoslayd vasitəsilə tələbələrə qurum haqqında ətraflı məlumat veriblər.
Qeyd olunub ki, AzTU metropoliteni ən çox kadr ehtiyatı ilə təmin edən ali təhsil müəssisəsidir. Metropoliten işçilərinin 8 faizindən çoxunu məhz AzTU məzunları təşkil edir.
Təqdimatda metronun tarixi, metrodakı peşələr barədə ətraflı məlumat verilib.
Bildirilib ki, son illərdə həyata keçirilən yeniliklər, tətbiq edilən müasir innovativ texnologiyalar kadr seçiminə baxışın dəyişməsini, eyni zamanda texnoloji yenilikləri mənimsəyən kadr bazasının yaradılmasını tələb edir. Bu baxımdan da tələbələrlə keçirilən görüşlər onların gələcəkdə karyera imkanlarının inkişafında mühüm rol oynaya bilər.
turan.info.az
.