Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru
Kamran Rəsulov kursun əhəmiyyətindən danışıb. Bildirib ki, kursda fövqəladə hallar zamanı baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə faydalı məlumatlar diqqətə çatdırılır.
Daha sonra çıxış edən Bakı Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəis müavini, polkovnik Yolçu Yolçuyev fövqəladə hallarla bağlı biliklərin hər kəs üçün əhəmiyyətli olduğunu qeyd edib. O, fövqəladə hallar zamanı davranış qaydaları barədə ətraflı məlumat verib.
Təlim kursunda “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “112 qaynar xətti”, “Odsöndürücü balondan istifadə qaydaları”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və s. mövzularda çıxışlar olub.
Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.
turan.info.az
.