Beynəlxalq əlaqələr üzrə prorektoru,
texnika elmləri doktoru,
professor Sübhan Namazov
Türkiyənin Ankara şəhərində
səfərdədir.
Erasmus+ KA1 mobillik proqramının
fərdi qrant layihəsini qazanan
professor Sübhan Namazov
səfər çərçivəsində
Türkiyənin Qazi Universitetinin
Metallurgiya və materiallar texnologiyası
kafedrasının professor-müəllim heyəti
və tələbələri üçün
“Bişirilmiş ovuntu kompozisiya materialları:
alınması, strukturu, xassələri və tətbiqi”
mövzusunda mühazirə deyib.
Prorektor Sübhan Namazov, həmçinin
Qazi Universitetinin rektoru, professor Musa Yıldız,
universitetin prorektorları, dekanları,
bölmə rəhbərləri ilə işgüzar görüşlər keçirib.
Görüşlər zamanı AzTU-nun qalib olduğu ”AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi barədə məlumat verilib.
Layihə çərçivəsində professor-müəllim heyətinin potensialının gücləndirilməsi məqsədilə AzTU-nun bir qrup müəlliminin təlimlər keçməsi üçün Ankaraya ezam olunması, həmçinin Qazi Universitetinin professorlarının AzTU-ya dəvət olunması ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, professor Sübhan Namazovun Ankaraya işgüzar səfəri davam edir.
turan.info.az
.