İştirakçıları salamlayan AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov Erasmus+ proqramının əhəmiyyəti və ali təhsil müəssisələri üçün faydaları barədə məlumat verib.
Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah proqramın ümumi istiqamətləri, həmçinin Erasmus+ KA1 (ali təhsildə mobillik) və Erasmus+ KA2 (ali təhsildə potensialın gücləndirilməsi) haqqında geniş təqdimatla çıxış edib.
Daha sonra professor-müəllim heyətinin sualları cavablandırılıb, onlara yeni layihə təklifinin yazılması üzrə müvafiq dəstəyin göstərilməsi üçün davamlı tədbirlərin keçiriləcəyi bildirilib.
turan.info.az
.