Hər iki müəssisə arasında 2021-2022-ci illər üzrə qarşılıqlı əməkdaşlığa dair fəaliyyət planına əsasən QSC-nin insan resursları üzrə baş mütəxəssisi Valid Əliyev AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin III kurs tələbələrinə təlim keçib.
Əvvəlcə "AzerGold" QSC-nin fəaliyyəti barədə tələbələrə ətraflı məlumat verilib.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Görüşün sonunda sual-cavabda fəal iştirak edən tələbələrə "AzerGold" QSC-nin hədiyyələri təqdim olunub.
Qeyd edək ki, belə təlimlər mütəmadi olaraq davam etdiriləcək.
Təlimlərdə könüllü olaraq iştirak etmək istəyən tələbələr AzTU-nun Karyera mərkəzinə müraciət edə bilərlər.
turan.info.az
.