Görüşdə Təhsil Nazirliyinin
Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, həmçinin layihə konsorsiumunun üzvü olan Azərbaycanın 16 ali təhsil müəssisəsinin prorektorları və məsul şəxsləri iştirak edib.
Tədbirdə AzTU-nu sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov və Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah təmsil edib.
Əvvəlcə layihə üzrə yerinə yetirilmiş işlərin nəticələri haqqında məlumat verilib.
Qeyd olunub ki, növbəti mərhələdə
Rektorlar Konfransının Azərbaycan modelinin yaradılması məqsədilə işçi qrupu formalaşdırılacaq, həmçinin layihənin təşkilati strukturu, missiyası, üzvlük qaydaları, maliyyələşmə mexanizmləri və onun tərkibində fəaliyyət göstərəcək komitələrin yaradılması haqqında bir sıra sənədlər hazırlanacaq.
turan.info.az
.