“Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” mövzusunda onlayn beynəlxalq konfrans işinə başlayıb.
İlk plenar iclasda iştirakçıları salamlayan AzTU-nun Tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli konfransın işinə uğurlar arzulayıb.
Daha sonra Həştərxan Dövlət Texniki Universitetinin rektoru Aleksandr Nikolayeviç Nevalyonny, AzTU-nun müəllimləri İltimas Məmmədov, Mehman Həsənov və Nadir Atayev konfransın məqsədi və əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, konfransda “Rəqəmsal cəmiyyətdə elektron hökumət və infotelekommunikasiya xidmətləri”, “Kibertəhlükəsizliyin metod, vasitə və sistemləri”,” Rəqəmsal dövlət və rəqəmsal iqtisadiyyat”, “Yeni idarəetmə modeli: Kiberfiziki sistemlərin əsasları, texnologiyaları və tətbiq sahələri” bölmələri üzrə məruzələr dinlənilib.
Konfransın bağlanış mərasimi dekabrın 10-da keçirilib.
turan.info.az
.