AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İdman klubunun təşkilatçılığı ilə keçirilən yarışa universitetin 66 tələbəsi qatılıb.
Yarışın gedişini AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin prorektorları izləyiblər.
Yarışda ilk üç yerin qalibi medal və diplomla təltif olunub.
Mükafatlandırılma mərasimində AzTU-nun İdman klubunun müdiri Aydın Ağəliyev, İdman klubunun müəllimi İsgəndər Rizayev və THİK-in sədri Mirməhəmməd Ələkbərli iştirak edib.
Xatırladaq ki, Milli Qəhrəman Çingiz Qurbanovun doğum gününə həsr olunan şahmat yarışı hər il keçirilir.
turan.info.az
.