Ukraynanın Bila Tserkva Milli Aqrar Universitetində təşkil edilən tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov, rektorun elmi-tədqiqat məsələləri üzrə müşaviri Fariz Məmmədov, layihələr və mübadilə proqramları üzrə baş mütəxəssis Mətanət Paşayeva təmsil edib.
Görüşlər və konfrans zamanı layihə çərçivəsində “universitetlərin aqrar sektorda klasterləşməyə töhfəsi”, “layihələrin yerinə yetirilməsi zamanı komanda işində fərqlər: fürsətlər və maneələr”, “tətbiqi tədqiqatdan innovasiya və sahibkarlığa: onu necə yerinə yetirilməli?” və digər mövzularda təlim proqramları və kurslarının işlənməsində səriştələr üzrə istiqamətlər müzakirə olunub.
Konfrans işini oktyabrın 29-da yekunlaşdırıb.
turan.info.az
.