AzTU-nun alimləri Elmin İnkişaf Fondunun qrant müsabiqəsinin qalibi olub

AzTU-nun alimləri Elmin İnkişaf Fondunun qrant müsabiqəsinin qalibi olub
TƏBRİK EDİRİK!

Müsahibimiz həmin layihənin elmi rəhbəri,
materiallar texnologiyası və elektrometallurgiya üzrə tanınmış mütəxəssis, 400-dən çox elmi əsərin müəllifi, AzTU-nun professoru, texnika üzrə elmlər doktoru Arif Məmmədovdur.


M.B. – Arif müəllim, Sizi redaksiyamızda salamlayırıq.
Bu günlərdə məlumat aldıq ki, Sizin rəhbərlik etdiyiniz yaradıcı qrup Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant müsabiqəsinin qalibi olub.
Xahiş edirik ki, bu layihə barədə, layihənin ideyası və məqsədi barədə oxucularımıza ətraflı məlumat verəsiniz.


A.M. - Bəli, keçən ilin avqustunda Elmin İnkişaf Fondu “Elm-Təhsil-Sənaye” qrant müsahibəsi elan etmişdi. Bizim yaradıcı qrup müsabiyəqə “İnnovativ metallurji texnologiyalar əsasında neft-qaz təyinatlı xüsusi xassəli fasiləsiz tökmə boruları istehsalının mənimsənilməsi” adlı layihə təqdim etdi.
Elmin İnkişaf Fondu layihələrin ciddi ekspertizasını keçirir. 2021-ci ilin əvvəlində məlumat verildi ki, layihəmiz qrant müsabiqəsində qalib olub. Əlbəttə, bu sevindirici, qürurverici hadisədir, eyni zamanda üzərimizə böyük məsuliyyət qoyur.

Layihə Bakı Polad Şirkətində xüsusi xassəli neft-qaz təyinatlı boruların istehsalının mənimsənilməsi məsələsinə həsr olunub.
Layihənin ideyası innovativ metallurji proseslər tətbiq etməklə ölkəmizdə neft-qaz təyinatlı xüsusi xassəli fasiləsiz tökmə boruları istehsalını mənimsəməyin mümkünlüyünü elmi və texnoloji cəhətdən əsaslandırmaqdan ibarətdir.

Layihənin məqsədi əritmə və fasiləsiz tökmə proseslərinə fiziki-kimyəvi təsir metodları tətbiq etməklə xüsusi xassəli neft-qaz təyinatlı polad boruların istehsalının mənimsənilməsidir.
Bu məqsədə nail olmaq üçün bir sıra elmi və təcrübi məsələlərin həllini nəzərdə tutmuşuq:
- innovativ fiziki-kimyəvi təsir metodları əsasında maye poladın sobada emal proseslərini təkmilləşdirmək;
- sobadankənar emal proseslərinin kompleks texnologiyaları və meyarlarının seçilməsi əsasında xüsusi xassəli boru poladlarının legirləmə və saflaşdırılmasını təkmilləşdirmək;
- fasiləsiz tökmə istehsalında aşağı təzyiq və vakuumda emal proseslərinin tətbiqi imkanlarını araşdırmaq və əməli təkliflər irəli sürmək;
- neft-qaz təyinatlı xüsusi xassəli fasiləsiz tökmə borularının istehsalını mənimsəmək.

M.B. – Arif müəllim, layihədən hansı elmi və təcrübi nəticələr gözlənilir?

A.M. – Layihə çərçivəsində aşağıdakı nəticələrin əldə olunması nəzərdə tutulur:
- elektrik poladının keyfiyyətinin yüksəldilməsi;
- neft-qaz təyinatlı xüsusi xassəli fasiləsiz tökmə boruları istehsalının mənimsənilməsi;
- fasiləsiz tökmə istehsalında innovativ texnologiyaların tətbiqi.

M.B. – Arif müəllim, artıq layihənin 2 rübü geridə qalıb. Bu müddətdə görülən işlər barədə nə deyə bilərsiniz?

A.M. – Bəli, layihənin iki rübü üzrə Elmin İnkişaf Fonduna təfərrüatlı hesabat təqdim etmişik.
Sizin oxucular üçün qısa məlumat verə bilərik.
Birinci rübdə elektrometallurgiya və fasiləsiz tökmə istehsalında innovativ texnologiyaların tətbiqi inkanları araşdırılmışdır. Metal tullantılarından poladəritmə prosesinin intensivləşdirilməsi yolları müəyyənləşdirilmişdir. Elektrik poladının keyfiyyətinin yüksəldilməsi üçün maye metala fiziki-kimyəvi təsir metodlarının tətbiqinin zəruriliyi əsaslandırılmışdır.
İkinci rübdə elektrik poladının sobada emal proseslərinin təkmilləşdirilməsi üzrə tədqiqatlar aparılmışdır. Elektroqövs sobasına metal qırıntıları ilə yanaşı metallaşdırılmış yuvarların əlavə olunması məqsədəuyğun hesab edilmişdir. Bu halda əritmə prosesinin intensivliyi 20-25% yüksəlir. Poladəritməyə enerji sərfinin azaldılması üçün qeyri-səlis məntiq nəzəriyyəsi əsasında proqram təminatının istifadə edilməsi təklif olunmuşdur.

M.B. - Arif müəllim, layihənin Elm, Təhsil və Sənayeyə verəcəyi töhfə nədən ibarət olacaq?

A.M. – Layihə innovasiya və multidissiplinar xarakterlidir. Elmi töhfə mütərəqqi metallurji texnologiyaların nəzəri əsaslandırılmasını nəzərdə tutur. Təhsilə töhfə isə innovativ fiziki-kimyəvi təsir metodlarının tədris prosesində istifadə edilməsi ilə nəticələnməlidir. Sənaye töhfəsi ölkənin ən böyük metallurgiya müəssisəsində yeni məhsulun – neft-qaz borularının istehsalının mənimsənilməsini nəzərdə tutur.

M.B. – Arif müəllim, xahiş edirik, yaradıcı qrupu – layihənin icraçılarını səciyyələndirin.

AzTU-nun alimləri Elmin İnkişaf Fondunun qrant müsabiqəsinin qalibi olub A.M. – Layihənin icraçıları “Metallurgiya və Materialşunaslıq” kafedrası və Bakı Polad Şirkətinin əməkdaşları - metallurgiya sahəsində tanınmış mütəxəssislərdir.

Elmi rəhbəri olduğum layihənin məsul icraçısı Nizami İsmayılov texnika üzrə elmlər doktoru, professordur. Tökmə istehsalı üzrə tanınmış mütəxəssisdir, 200-dək elmi əsərin müəllifidir.

İcraçılar Muxtar Hüseynov və Faiq Quliyev texnika elmləri namizədi, dosentdirlər. Elektrometallurgiya üzrə mütəxəssislərdir, 100-dən çox elmi əsərin müəllifləridir. İcraçılar Hikmət Babayev və Rəmalə Əliyeva -mühəndis-metallurq və elektrometallurgiya üzrə mütəxəssislərdir.

M.B. – Arif müəllim, layihə mövzusunda dərc olunmuş nüfuzlu elmi əsərləriniz barədə məlumat verməyinizi xahiş edirik.

A.M. – Layihənin ideyasının reallaşdırılması iki il müddətində nəzərdə tutulur.
Son altı ayda dərc olunmuş nüfuzlu əsərlərimiz bunlardır:
İri həcmli iki monoqrafiya çap olunmuşdur: 1. Внепечная оброботка при производстве высококачественных сталей, 470с. 2. Основы технической эксплуатации металлургического оборудования, 589с.
Avroasiya patentinə müsbət qərar alınmışdır: Легированный материал для получения износостойких и коррозионностойких деталей.
Scopus və Web of science bazasına daxil olan “Materials Science and Engineering”, “Вестник машиностроения” və “Металлург” jurnallarında “Specifics of Obtaining Powdered Die Steel Alloys for Cold Forming and Higher Mouldability”, “Аналитическое решение уравнения диффузии в многокомпонентных системах” və “Features of obtaining special - characteristic of oil and gas drilling pipes” adlı məqalələr dərc olunmuşdur.

M.B. – Arif müəllim, çox əhəmiyyətli işlər görürsünüz.
Sizi təbrik edir və bu çətin, məsul, həm də şərəfli işinizdə Sizə yeni-yeni uğurlar diləyirik.


A.M. – Təşəkkür edirəm. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq.
Elm, Təhsil və Sənayenin inteqrasiyasına layiqli töhfə verək.
Azərbaycan Texniki Universitetinin elmi və təcrübi nailiyyətlərini daha da artıraq.

Müsahibəni hazırladı:
Müşfiq BORÇALI,
“Ziya” qəzetinin və turan.info.az-ın Baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin i ...

Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin i ...

Nazirlik, AzTU
AzTU məzununun uğur hekayəsi: RAMİN KƏRİMOV

AzTU məzununun uğur hekayəsi: RAMİN KƏRİMOV

AzTU-nun MƏZUNLARI, AzTU
AzTU-da həyata keçiriləcək yeni layihənin müzakirəsi aparılmışdır

AzTU-da həyata keçiriləcək yeni layihənin müzakirəsi aparılmışdır

AzTU
SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

Bolus, Təbriklər
Azərbaycan Texniki Universiteti yeni ERASMUS+K2  layihəsinin qalibi olub

Azərbaycan Texniki Universiteti yeni ERASMUS+K2 layihəsinin qalibi olub

AzTU
Azərbaycanda Metallurgiya sənayesinin inkişafı

Azərbaycanda Metallurgiya sənayesinin inkişafı

Elm, AzTU

"Kür-Xəzər" yeni layihənin icrasına başlayıb

QHT
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ARİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ARİF MÜƏLLİM!..

AzTU, Təbriklər
Qazi Universitetinin professoru AzTU-da seminar keçib

Qazi Universitetinin professoru AzTU-da seminar keçib

AzTU, Turan
Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycan
Professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi-me ...

Professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi-me ...

AzTU, Elanlar
AzTU-da TEMPUS Layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

AzTU-da TEMPUS Layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

Əsas xəbər, AzTU
AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

Digər bölmələr, AzTU
AzTU-nun professoru Valeh Baxşəliyevin kitabı “Springer” nəşriyyatında nəşr ...

AzTU-nun professoru Valeh Baxşəliyevin kitabı “Springer” nəşriyyatında nəşr ...

Qarabağ, Digər bölmələr, AzTU
Marneulidə yeni layihənin təqdimatı keçirilib

Marneulidə yeni layihənin təqdimatı keçirilib

Borçalı
AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU, Təbriklər
Gənclər Fondunun 10-cu Qrant Müsabiqəsinin “Unudulmaz şəhidlər” layihəsi

Gənclər Fondunun 10-cu Qrant Müsabiqəsinin “Unudulmaz şəhidlər” layihəsi

Gənclik, QHT
“İctimai Mədəniyyət” layihəsinin qalibi

“İctimai Mədəniyyət” layihəsinin qalibi

AzTU, QHT, GVİİM
AzTU-da professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş ...

AzTU-da professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş ...

AzTU
YENİ LAYİHƏ: Lüğət bazasının təkmilləşdirilməsi

YENİ LAYİHƏ: Lüğət bazasının təkmilləşdirilməsi

Sosial, QHT
Rəy yazın: