Simpozium AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsi ilə İTU-nun Maden fakültəsinin bakalavriat səviyyəsi üzrə təhsil alan IV kurs tələbələrinin buraxılış işlərinin müdafiəsinə həsr olunub.
Tədbirin açılışında hər iki universitetin rektorları - professor Vilayət Vəliyev və professor İsmayıl Koyuncu çıxış edərək simpoziumun işinə uğurlar arzulayıb.
Simpoziumda çıxış edən İTU-nun Maden fakültəsinin dekanı Cengiz Kuzu AzTU ilə belə tədbirin ilk dəfə keçirildiyini deyib.
Bildirib ki, simpoziumun hər il keçirilməsi nəzərdə tutulur. Açılış mərasimindən sonra simpozium işini bölmə iclasları ilə davam etdirib.
AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin 7 tələbəsi simpoziumda öz məqalələri ilə iştirak edib.
Simpoziumun bağlanış mərasimində verilən qərara əsasən, növbəti tədris ilindən IV kursların buraxılış işlərinin elmi rəhbərləri AzTU və İTU-dan seçiləcək.
turan.info.az
.