Bəzi siyasi liderlərin, revanşist qüvvələrin ritorikası etik çərçivdən xeyli uzaqdır.
Ermənistana Azərbaycan ilə sərhədlərin mümkün qədər tez bir zamanda demarkasiya etməsinə çalışmaq əvəzinnə öz xislətinə sadiq qalaraq müxtəlif bəhanələrlə “provakasiya”lara cəhd göstərir, "stəkanda fırtına avantürası"na əl atır, KTMT-ya müraciət edir, ABŞ-a, Fransaya yalvarır.
Azərbaycanımız isə bu möhtəşəm qələbə sayəsində Xalqın öz Lideri ətrafında “DƏMİR YUMRUQ” kimi birləşə bilməsi kimi bütün dünya üçün nümunə ola biləcək model ortaya qoydu.
Bu qələbə həmçinin “DƏMİR YUMRUQ”-un ideoloji əsası olan Azərbaycançılıq məfkurəsinin Ermənistanda rəsmi dövlət ideologiyası səviyyəsinə qaldırılmış “tsexakron”-faşizm ideologiyası üzərində qələbəsdi idi.
Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, milli ideologiyanın kopmponentlərini özündə sintez edən Azərbaycançılıq bir tərəfdən, Azərbaycanda vahid milli-dövlətçilik hissiyyatının formalaşmasını, milli-mənəvi dəyərləri, etnik-milli yetkinləşmə və bütövləşməni özündə əks etdirirsə, digər tərəfdən, Azərbaycan dilinin bir dövlət dili olaraq inkişafını və ölkə miqyasında, bütün fəaliyyət sahələrində mövqeyinin möhkəmlənməsini nəzərdə tutur.
Heydər Əliyev azərbaycançılığın bütün tərkib hissələrini milli ideologiyamızın strukturuna daxil etməklə mənəviyyat və dövlətçiliyin sintezindən çıxış edirdi. Ümummilli lider dövlətçiliyimizi və milli-mənəvi dəyərlərimizi Azərbaycançılığın əsas komponentləri kimi təqdim edirdi. Heydər Əliyevə görə, dövlətçilik ənənələri dövlətçilik ideologiyası, dövlətçilik psixologiyası və dövlətçilik praktikasının vəhdətindən yaranır.
Azərbaycançılıq ideologiyasaı dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur.
Torpağımız ta qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Azərbaycan dövlətinə, tarixinə və coğrafiyasına onların sadiqliyi bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən irəli gəlır. Azərbaycanın və “azərbaycançılığın” əzəməti bu müqəddəs diyarı öz vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən də “azərbaycançılığ”ın ortaq dəyər və sərvətlərə dayaqlanaraq doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq duyanlar da həmişə olmuşdur.
Yalnız torpağımızda yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanlara ünvanlanmaqla kifayətlənməyib, coğrafi sərhəd və məkanların ayrıldığı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bizimlə bir ideya-fəlsəfi, mədəni məkanda bütövləşdirən qüvvə də məhz “azərbaycançılıq” ideologiyasıdır. Məhz bu ideologiya Möhtərəm prezidentimizin xalqımızın öz Lideri ətrafında sarsılmaz birliyinin rəmzi kimi ifadə etdiyi “DƏMİR YUMRUQ”-un ideoloji əsası oldu və qələbəmizi təmin etdi.
Eyyub Kerimov
Azərbaycan Texniki Universitetinin
“Humanitar fənlər” kafedrasının professoru
turan.info.az
.