“Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimi keçirilib

“Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimi keçirilib “Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimi keçirilib “Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimi keçirilib “Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimi keçirilib 6 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimi keçirilib.

Layihə ölkəmizdə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi üçün nəzərdə tutulur.

Təqdimat mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, bir neçə ali təhsil müəssisəsinin rektoru iştirak ediblər.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Agentliyin fəaliyyəti, innovasiya ekosisteminin yaradılması və onun əsas komponentlərinin formalaşdırılması istiqamətində görülən işlərdən söz açıb. Diqqətə çatdırılıb ki, innovasiyalarla bağlı müasir çağırışlarda səylərin birləşdirilməsi üçün müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin aktiv fəaliyyəti vacibdir.

Mərasimdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti arasında “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb.

“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.

Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 48 saatı” adlı “B ...

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 48 saatı” adlı “B ...

Nazirlik, AzTU
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 72 saatı” adlı “B ...

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 72 saatı” adlı “B ...

AzTU
UTECA-da

UTECA-da "Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçi ...

Gəncə, Digər ali məktəblər

"Virtual Hackathon - 2020" müsabiqəsinin qalibləri mükafatlandırıldı

AzTU
Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

AzTU
AzTU GVİİM-in rəhbəri Vüqar Əliyev “GəncLİK” Proqramında iştirak hüququ qaz ...

AzTU GVİİM-in rəhbəri Vüqar Əliyev “GəncLİK” Proqramında iştirak hüququ qaz ...

AzTU, QHT
AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

Digər bölmələr, BMU
UniClaD layihəsi çərçivəsində növbəti işçi görüş keçirilib

UniClaD layihəsi çərçivəsində növbəti işçi görüş keçirilib

AzTU
Elmi nəşrlərlə bağlı görüş keçirilib

Elmi nəşrlərlə bağlı görüş keçirilib

Yeni nəşrlər, Nazirlik, AzTU
Azərbaycan İnnovasiya Agentliyinin nümayəndələri AzTU-da tələbələrlə görüşü ...

Azərbaycan İnnovasiya Agentliyinin nümayəndələri AzTU-da tələbələrlə görüşü ...

AzTU
AzTU komandasının daha bir uğuru: Rektor startapçı tələbələrlə görüşüb

AzTU komandasının daha bir uğuru: Rektor startapçı tələbələrlə görüşüb

AzTU
AzTU-da Beynəlxalq İnnovasiyalar yarışının təqdimatı keçirilib

AzTU-da Beynəlxalq İnnovasiyalar yarışının təqdimatı keçirilib

AzTU
ENGAGE layihəsi çərçivəsində Portuqaliya təcrübəsi öyrənilir

ENGAGE layihəsi çərçivəsində Portuqaliya təcrübəsi öyrənilir

AzTU
AzTU və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU
TVİNNİNQ layihəsinin xarici ekspertləri AzTU-da növbəti toplantı keçiriblər

TVİNNİNQ layihəsinin xarici ekspertləri AzTU-da növbəti toplantı keçiriblər

AzTU
TVİNNİNQ layihəsinin rəhbərləri AzTU-nun rektoru ilə görüşüblər

TVİNNİNQ layihəsinin rəhbərləri AzTU-nun rektoru ilə görüşüblər

AzTU
“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti  ...

“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti ...

Elm
“İctimai Mədəniyyət” layihəsinin qalibi

“İctimai Mədəniyyət” layihəsinin qalibi

AzTU, QHT, GVİİM
“StrategEast: Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu” k ...

“StrategEast: Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu” k ...

Hüquq
Qazi Universitetinin professorları AzTU-ya səfər edib

Qazi Universitetinin professorları AzTU-ya səfər edib

AzTU, Turan
Rəy yazın: