Konfransda çıxış edən AzTU-nun prorektoru İsa Xəlilov ölkədə aparılan gənclər siyasətindən danışıb. Qeyd edib ki, bu əlamətdar tarixi gün ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz uzun illər ərzində aparılmış düzgün siyasətin nəticəsidir ki, bugünkü gənc nəsil bütün sahələrdə öz sözünü uğurla deyir. İsa Xəlilov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində gənclərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışıb. Bildirib ki, Şanlı Qələbənin qazanılmasında AzTU-da təhsil alan gənclər də yaxından iştirak edib.
Konfransda Vətən müharibəsində iştirak edən AzTU tələbələri adından çıxış edən universitetin II kurs magistrantı Adil Minayev gənclərin Şanlı Qələbənin qazanılmasındakı rolundan danışıb.
Daha sonra konfrans məruzələrlə davam edib.
Qeyd edək ki, Gənclər Günü münasibətilə AzTU-nun ictimai işlərdə fəqlənən bir qrup fəal tələbəsinə fəxri fərman və müxtəlif mükafatlar təqdim olunub.
turan.info.az
.