Görüşdə Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universitetinin Xarici dillər kafedrasının müdiri Svetlana Neşko və bu ali təhsil müəssisəsinin digər əməkdaşları xarici dillərin tədrisində müxtəlif müasir resurslardan istifadə olunması, imtahan prosesinin təşkili, dərs vəsaitlərinin mütəmadi olaraq yenilənməsi və digər mövzularda təqdimatla çıxış edib. AzTU müəllimləri də hazırda kafedralarda keçirilən islahatlar və tətbiq olunan yeniliklər barədə məlumat verib.
İştirakçılar belə mühüm görüşlərin gələcəkdə də davam etdirilməsinin əməkdaşlığın genişləndirilməsində vacib rol oynayacağını bildirib.
turan.info.az
.