Təcrübənin ilk günü
AzTU-nun nümayəndə heyəti Mərkəzlə yaxından tanış olub.
Mərkəzdə veb-dizayner, avtomobil üzrə elektrik, avtomobillərin təmiri çilingəri, avtomotonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlayıcısı, kompüterlərin təmiri və xidməti üzrə texniklər hazırlanır. Tədris prosesi Koreyada təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunub.
Mərkəzin müəllimi, AzTU-nun məzunu Tural Göyüşov və digər təlimçilər texniki avadanlıqların iş prinsipi və əmək fəaliyyətinin təhlükəsizliyi haqqında nümayəndə heyətinə ətraflı məlumat veriblər.
Mərkəzin direktor müavini Orxan Rəhimov bildirib ki, hazırda tədris olunan ixtisaslar üzrə ali təhsilli, ingilis dili bilən kadrların Mərkəzdə işlə təmin olunması üçün vakansiya var.
turan.info.az
.