Türkiyə Respublikasının
Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral Azərbaycan Texniki Universitetinin (AzTU)
qonağı olub.
Rektor Vilayət Vəliyev səfirə universitetdə aparılan islahatlar və bu yaxınlarda AzTU nümayəndə heyətinin Türkiyəyə etdiyi işgüzar səfər və nəticələri barədə danışıb. Rektor İstanbul və Ankara şəhərlərinin qabaqcıl universitetləri, eləcə də təhsil qurumları ilə keçirilən mühüm görüşlər haqqında ətraflı
məlumat verib.
Dəvətə görə təşəkkürünü bildirən səfir Erkan Özoral Türkiyədə keçirilən görüşləri AzTU üçün faydalı hesab etdiyini vurğulayıb.
Qeyd edib ki, bundan sonra da qardaş ölkə universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcək.
turan.info.az
.