dosent Əlləz Əliyev,
dosent Azad Babayev
və müəllim Qəzənfər Axundov "Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi (CRENG)" Erasmus+ K2 layihəsi çərçivəsində yanvar ayının 13-23 tarixlərində Fransanın Valansyen Universitetində keçirilən təlimlərdə iştirak etmək üçün ezamiyyətdə olublar.
Təlimlərdə layihəyə uyğun olaraq müvafiq magistr proqramı (Nəqliyyat logistikası) üzrə tədris olunacaq fənlərin məzmunu, dərs saatlarının paylanması, müasir tələblərə uyğun yeni kurikulumun və tədris vəsaitlərinin hazırlanması barədə tövsiyələr verilib.
Eyni zamanda təlimlərdə müasir dövrdə nəqliyyat proseslərində yaranma ehtimalı olan risklər və onların aradan qaldırılmasının müasir üsulları ətrafında müzakirələr aparılıb.
Layihə çərçivəsində universitetdə CRENG laboratoriyasının yaradılması barədə müzakirələr də aparılıb.
84 saatı əhatə edən təlimlərdə müasir dövrdə nəqliyyat ixtisasları üçün təşkil olunan laboratoriyalar nümayiş etdirilib, "Nəqliyyat logistikası" ixtisaslaşması üzrə tədris olunan fənlərin məzmunu haqqında təqdimatlar keçirilib.
Təlimlər iştirakçılara müvafiq sertifikatların təqdim olunması ilə sona çatıb.
turan.info.az
.