Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin 2020-ci il yanvarın 9-da Azərbaycan Texniki Universitetinə (AzTU) ilk infoturu təşkil edilib.
Açıq qapı günləri çərçivəsində keçirilən “AzTU-da bir gün” adlı ekskursiyanın məqsədi ali texniki təhsilə marağı gücləndirməkdir. İnfotur iştirakçılarına AzTU-nun tarixi, karyera imkanları barədə geniş məlumat verilib. Məktəblilərə AzTU-da müxtəlif sahələr üzrə aparılan elmi tədqiqatlar, ixtiralar, müasir texnoloji avadanlıqlar, mühəndislik işləri nümayiş etdirilib.
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev tələbə və şagirdlərlə görüşüb. Rektor elmi-texniki inqilablar dövründə texniki universitetlərin üstünlüklərindən danışıb.
AzTU-da Açıq qapı günləri tədris ilinin sonuna kimi davam edəcək.
* * *
Azərbaycan Texniki Universitetində (AzTU)
Açıq qapı günləri çərçivəsində keçirilən “AzTU-da bir gün” adlı infotur davam edir.
Yanvarın 10-da Bakının
155, 279, 302 və 328 saylı tam orta məktəblərinin şagirdləri AzTU-da olublar.
İnfoturda məqsəd ali texniki təhsilə marağı gücləndirməkdir.
Qeyd edək ki, bir gün əvvəl keçirilən ekskursiyada paytaxtın daha 4 orta məktəbi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi iştirak edib.
turan.info.az
.