AzTU-dan
"Ziya" qəzetinin Baş redaktoru Müşfiq Borçalı turan.info.az - a bildirib ki, bu günlərdə Azərbaycan Texniki Universitetinin nəzdində ESTIEM LG Baku Tələbə Taşkilatının ofisi açılmışdır. ESTIEM – Avropa Sənaye Mühəndisliyi və İdarəçi Tələbələr Birliyi Təşkilatı Avropada ən çox yayılmış tələbə təşkilatdır. Təşkilatın yaradılmasında məqsədi idarəçi tələbəlıər arasında elmi və mədəni birlikdir. Azərbaycanda bu təşkilat 2011-ci ildə Azərbaycan Texniki Universitetinin məzunu Xəqani Fərəcovun təşəbbüsü ilə yaradılmışdır.Son iki ildə təşkilat üzvləri Macarıstan, Fransa, İspaniya, Turkiyə, Latviya, Avstriya və bir çox başqa ölkələrdə Azərbaycan Texniki Universitetini təmsil edərək təşkilatın fəaliyyətini daha da genişləndirmişlər.
Universitetin Tədris işləri üzrə prorektoru,
dosent Xalıq Yahudov, Tərbiyə işləri uzrə prorektoru,
dosent İsa Xəlilov, ”Mühəndis Biznesı və Menecment” fakültəsinin dekanı,
dosent İlham Aslanzadə, həmin fakültənin dekan müavini
dosent Nilufer Rəhimova və b. ESTIEM LG Baku Tələbə Təşkilatının ofisinin açılışında iştirak edərək təşkilatın işinə uğurlar arzulamışlar.
ESTIEM LG Baku Tələbə Taşkilatının prezidenti Nəzrin Şamxalova gənclərə göstərdiyi qayğıya görə
AzTU-nun rektoru, professor Havar Məmmədova təşəkkür etmiş və bu ofisdə böyük uğurlar əldə olunacağını bildirmişdir. Nəzrin Şamxalova, onu da qeyd etmişdir ki, 2016-cı ilin mart ayinda ESTIEM-in Europe 3D proektinə məhz Bakı ev sahibliyi edəcəkdir.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.