Azərbaycan Texniki Universitetində (AzTU)
Milli Qəhrəman, şəhid
Çingiz Qurbanovun
doğum günü ilə bağlı
anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın təhsil aldığı AzTU-nun "Xüsusi texnika və texnologiya" fakültəsində Çingiz Qurbanovun xatirəsinin əbədiləşdirilməsi üçün yaradılan guşəni ziyarət ediblər.
AzTU-nun "Milli Qəhrəmanlar və Şəhidlər" muzeyində davam etdirilən tədbirdə rektor Vilayət Vəliyev
Çingiz Qurbanovun
Vətən uğrunda göstərdiyi
qəhrəmanlıqdan danışıb.
Bildirib ki, onun qəhrəmanlıq yolu gənclərin vətənpərvər ruhda yetişməsində böyük rol oynayacaq.
Rektor AzTU-da Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin hər zaman uca tutulacağını da qeyd edib.
Xatırladaq ki, Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində
ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olub.
Bütün beynəlxalq normaları pozan erməni tərəfi şəhidin nəşini verməkdən boyun qaçırsa da,
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin gərgin səyləri nəticəsində
2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşi geri qaytarılıb və ona ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
turan.info.az
.