dəstəyi ilə keçirilən
"Startap Günləri" layihəsinin respublika turuna yekun vurulub.
Azərbaycan Texniki Universitetinin (AzTU) startapçı tələbələri son turda bundan əvvəl qalib gələn “AgroShare” adlı layihələrinin təkmilləşdirilmiş versiyasının qısa təqdimatını ediblər.
Peşəkar münsiflər heyətinin qiymətləndirməsindən sonra qaliblər müəyyən olunub.
Azərbaycan Texniki Universitetinin komandası "Startap Günləri"nin respublika turunda ikinci yerə layiq görülüb.
AzTU-nun rektoru Vilayət Vəliyev qalib tələbələrlə görüşüb, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, AzTU-nu müsabiqədə universitetin SABAH mərkəzinin tələbələri Elnur Qasımov,
Aysel Hüseynova və Araz Məhərrəmli təmsil ediblər.
turan.info.az
.