Bu günlərdə AzTU-da yeni təyinat olub:
turan.info.az xəbər verir ki, Rasim Səfərov
rektorun İnnovasiyalar üzrə müşaviri
təyin olunub.
Rasim Akif oğlu Səfərov - 1981-ci il oktyabr ayının 27-də Azərbaycan Respublikası Naxçıvan MR-in Şərur rayonunun Tumaslı kəndində anadan olmuşdur.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2006-cı ildə isə magistr pilləsini bitirmişdir.
Əmək fəaliyyətinə 2004-cü ildən başlamış, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsində Layihələr üzrə koordinator vəzifəsində çalışmışdır. 2005-ci ildə “SİQMA” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzində sosial-iqtisadi məsələlər üzrə ekspert işləmiş, Beynəlxalq Maliyyə Korporasiyasının, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Dünya Bankının sosial-iqtisadi sahədə apardığı sorğu-qiymətləndirmə layihələrində iştirak etmişdir.
2006-2009-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş məsləhətçi, sektor müdiri, 2009-2012-ci illərdə isə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsində sektor müdiri vəzifələrində çalışmışdır.
2012-2014-cü illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, 2014-2015-ci illərdə isə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsində dövlət orqanları ilə əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışımışdır.
2016-cı ilin fevral ayından Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri vəzifəsində çalışıb. 2019-cu ilin sentyabrından AzTU-da rektorun İnnovasiyalar üzrə müşaviridir.
1-ci dərəcə dövlət qulluqçusudur. Evlidir, iki övladı var.
Biz də hörmətli Rasim müəllimi yeni vəzifəyə təyin olunması münasibətilə
ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
turan.info.az
.