Jurnalist Sevinc İsgəndərova
Azərbaycan Texniki Universitetinə
mətbuat katibi vəzifəsinə təyin olunub.
turan.info.az xəbər verir ki, bu barədə mətbuata
S.İsgəndərova özü məlumat verib:
“Bu gündən fəaliyyətimi Azərbaycan Texniki Universitetinin mətbuat katibi olaraq davam etdirirəm. Ümid edirəm ki, həmkarlarımla qarşılıqlı anlaşma şəraitində çalışacağıq”.
Sevinc İsgəndərova göstərilən etimada görə
universitetin rəhbərliyinə minnətdarlığını bildirib:
"Etimadi doğrultmağa çalışacağam".
Qeyd edək ki, S.İsgəndərova bu təyinatadək
"Space" televiziyasında çalışıb - "Siqnal" və
"Abituriyent" verilişlərinin aparıcısı olub,
"Azərtac" İnformasiya Agentliyində,
Beynəlxalq Avrasiya Mətbuat Fondunda,
"Primetime.az" və "Day.az"da fəaliyyət göstərib.
Biz də həmkarımızı ürəkdən təbrik edir
və ona yeni-yeni uğurlar arzulayırıq!..
turan.info.az
.