Görüşdə “ASELSAN-Bakı”nın AzTU ilə əməkdaşlıq imkanları müzakirə edilib.
Professor Vilayət Vəliyev sənaye-universitet işbirliyinin önəmini qeyd edərək bu sahədə AzTU-nun geniş potensialı olduğunu bildirib.
Özgür Kürüm AzTU-da tədris edilən bir sıra ixtisasların rəhbərlik etdiyi şirkətin fəaliyyət dairəsi ilə birbaşa əlaqəli olduğunu və bu istiqamət üzrə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.
Görüşdə əldə edilən razılığa əsasən, AzTU-nun 3-cü və 4-cü kurslarının fərqlənən tələbələri üçaylıq proqram çərçivəsində “ASELSAN-Bakı” şirkətində təcrübə keçəcəklər. “ASELSAN-Bakı”da təcrübə keçəcək tələbələri tərəflər birlikdə seçəcək və bu tələbələr müəyyən imkanlar əldə edəcəklər.
Qeyd edək ki, 1998-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınan “ASELSAN-Bakı”nın qurucusu Türkiyə hərbi sənaye komleksinin lokomotivi olan ASELSAN şirkətidir. “ASELSAN-Bakı”nın əsas fəaliyyəti ASELSAN istehsalı olan mülki rabitə cihazları və s. radioelektronika sistemlərinin satışı, təmiri, onlara texniki dəstəyi əhatə edir.
turan.info.az
.